Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-347/2025 30.06.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə xx xxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Aşağı Qaramanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Mircəlal küçəsi, ev 78, mənzil 40-da yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2 30 iyun 2025-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 30 iyul 2020-ci ildə verilmiş 2(053)- 349/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 35.200 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat olmaqla, cəmi 35.230 (otuz beş min iki yüz otuz) manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədindəki həmin tələbi borclu Şəxs icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməyib. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya müvafiq olaraq qərar və bildiriş təqdim edilmişdir. Eyni zamanda borclunun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğular göndərilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə, həmçinin Neftçala Rayon Məhkəməsinin 3(053)-09/2021 nömrəli iş üzrə 15 yanvar 2021-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edildiyinə, habelə eyni məhkəmənin 8(053)-01/2021 nömrəli iş üzrə 29 yanvar 2021-ci il tarixli qərardadı ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına baxmayaraq o, borcunu ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, bu səbəbdən barəsində axtarış elan olunmuş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hazırda borclunun 30.000 manat borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı hal-hazırda heç bir yerdə işləmədiyini bildirmişdir. Bu səbəbdən borcu ödəmək üçün maddi imkanı yoxdur. İcra vərəqəsində qeyd olunan borc məbləğini birdəfəlik ödəyə bilmir. Hər ay borcundan 50 manat olmaqla hissə-hissə ödəniş edə bilər. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs Neftçala Rayon Məhkəməsinə ünvanladığı ərizəsində səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini, hal-hazırda qalıq borcun 30.000 manat təşkil etdiyini bildirib, işə onun iştirakı olmadan baxılaraq borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, tələbkarın ərizəsini, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədindəki tələbi həmin sənəd verildiyi vaxtdan 5 ilə yaxın müddət keçdiyinə baxmayaraq üzrsüz səbəbdən icra etməyib. Məhkəmə bu qənaətə gələrkən borclunun bundan əvvəl də inzibati məsuliyyətə cəlb olunduğunu və borcun miqdarını da nəzərə alır. Qeyd olunur ki, Şəxs hal-hazırda icra sənədi üzrə 30.000 manat borcu var. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 30 iyun 2025-ci il saat 15:40-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-347/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-347/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver