Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-354/2024 18.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X1 iştirakı ilə xx xxxxx 1988-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X1 18 sentyabr 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şirvan Şəhər Məhkəməsi tərəfindən 12 yanvar 2015-ci ildə verilmiş 04 dekabr 2014-cü il tarixli 2(032)- 1162/2014 nömrəli icra vərəqəsinə əsasən 23 iyul 2010-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 28 oktyabr 2014-cü ildən hesablanmaqla xx.xx.1988-ci ildə Neftçala şəhərində anadan olmuş və Neftçala şəhəri S.Bayramov küçəsi ev 64-də qeydiyyatda olan borclu Şəxs hər ay 100 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs1 verilməlidir. Bununla yanaşı, Salyan Rayon Məhkəməsi tərəfindən 18 mart 2024-cü ildə verilmiş xx.xx.2024-cü il tarixli 2(057)-389/2024 nömrəli icra vərəqəsinə əsasən 01 oktyabr 2015-ci il təvəllüdlü X6 və 09 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün borclu Şəxs xx.xx.2024-cü ildən başlayaraq hər ay hər uşağa 150 manat olmaqla cəmi 300 manat miqdarında aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs2 verilməlidir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, 04 dekabr 2014-cü il tarixli 2(032)-1162/2014 nömrəli icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə 09 fevral 2015-ci ildə, 18 mart 2024-cü il tarixli 2(057)-389/2024 nömrəli icra sənədi isə 01 aprel 2024-cü ildə daxil olmuş, icraata başlanaraq borcluya qərarlar və bildirişlər təqdim edilmişdir. İcra məmurunun 08 aprel 2024-cü il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1162/2014 saylı 12 yanvar 2015-ci il tarixli və Salyan Rayon Məhkəməsinin 2(057)-389/2024 saylı 18 mart 2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə, həmçinin Neftçala Rayon Məhkəməsinin 14 aprel 2016-cı il və 20 iyun 202-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarları ilə inzibati məsuliyyətə cəlb edildiyinə baxmayaraq o, aliment borclarını tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hazırda borclunun tələbkar Zərərçəkmiş şəxs1 7.300 manat, digər tələbkar Zərərçəkmiş şəxs2 isə 1.220 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin rəisi X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı aliment borcunu vaxtlı-vaxtında ödəməməsini maddi vəziyyəti, habelə tələbkar Zərərçəkmiş şəxs1 uşağı ona göstərməməsi ilə izah etmişdir. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğlərini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə bu qənaətə gələrkən borclunun bundan əvvəl də iki dəfə inzibati məsuliyyətə cəlb olunduğunu, həmçinin borcun miqdarını da nəzərə alır və hesab edir ki, bu məbləğlər Şəxs alimenti davamlı olaraq və üzrlü səbəb olmadan ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 14 (on dörd) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 18 sentyabr 2024-cü il saat 18.45-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-354/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-354/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver