Məhkəmə qərarları › İş №3(053)-356/2024

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-356/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-356/2024 23.09.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilmələrinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 17 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli və 17 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli iki ədəd inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İXM-nin 106.0 - 106.0.7-ci maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında işi baxılmağa hazırlayarkən işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən halların mövcud olub-olmadığını; inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini; işin icraatını rədd edən halların mövcud olub-olmadığını; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmadığını; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıbməlumatlandırılmadıqlarını; iş üzrə vəsatətlərin və etiraz etmələrin olub-olmadığını araşdırmalıdır. İlk növbədə qeyd olunur ki, Azərbaycan Respublikası İXM-də bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmiş inzibati xəta haqqında protokola və işin digər materiallarına baxılması nəzərdə tutulmuşdur. Təqdim olunmuş materialdan isə görünür ki, inzibati xəta haqqında protokollar Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilmələrinə dair iki şəxsin - Şəxs1 və Şəxs2 barəsində tərtib edilərək bir iş materialı kimi baxılması üçün 11 sentyabr 2024-cü il tarixli 3-38-32/2-16/4994/24 nömrəli məktubla Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin qeyd olunur ki, bir nömrə altında iki inzibati xəta haqqında işin (protokolun) qeydə alınması da «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemində işlərin qeydiyyatının aparılması qaydaları ilə ziddiyyət təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, protokol və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam, işə baxılarkən tamamlanması mümkün olmayan səviyyədədir. İnzibati xəta haqqında materialı nəzərdən keçirərək hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Hesab edirəm ki, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməməsi işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməli, inzibati xəta haqqında protokollar və onlara əlavə edilmiş digər sənədlər onları tərtib etmiş orqana – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə geri qaytarılmalı, Şəxs1 və Şəxs2 barəsində inzibati xəta haqqında protokollar və müvafiq sənədlər birlikdə deyil, ayrı-ayrılıqda məktublarla baxılması üçün məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən inzibati xəta haqqında protokollar və ona edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs1 və Şəxs2 Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 17 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli və 17 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinə qaytarılsın. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar