Məhkəmə qərarları › İş №3(053)-358/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-358/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-358/2023 03.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 14 mart 2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim etmişdir. Sumqayıt Şəhər 13 sentyabr 2023-cü il tarixli 3(060)-2169/2023 nömrəli qərardadı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş materialları baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Materialdan görünür ki, Şəxs Sumqayıt şəhər DYPŞ-nin vəzifəli şəxsinin tərtib etdiyi 14 dekabr 2022-ci il tarixli İXP seriyalı ******* protokol əsasında qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli TP5449865 nömrəli qərarla Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmiş, lakin həmin qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay keçdiyinə baxmayaraq cəriməni ödəməmişdir. Bu səbəbdən onun barəsində Sumqayıt şəhər DYPŞ-nin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə 14 mart 2023-cü ildə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunub. İşin faktik hallarından həmçinin görünür ki, Babayev Əlizamin Əlizadə oğlu Sumqayıt şəhər DYPŞ-nin vəzifəli şəxsinin 14 dekabr 2022-ci il tarixli TP5449865 nömrəli qərarı üzrə 40 manat miqdarında cəriməni və dəbbə pulunu sonradan ödəyib. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 03 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə» inzibati məsuliyyət nəzərdə tutulub. Həmin maddənin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Babayev Əlizamin Əlizadə oğlu Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Babayev Əlizamin Əlizadə oğlu Sumqayıt şəhər DYPŞ-nin vəzifəli şəxsi tərəfindən onun barəsində 14 mart 2023-cü ildə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən Azərbaycan Respublikası İXM-nin 529-cu maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən azad edilərək həmin Məcəllənin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar