Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-361/2022 29.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X2 Məmmədova Sədaqət Səadət qızının katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 07 iyul 2022-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-128/2020 saylı, 06 aprel 2020-ci tarixli icra sənədinə əsasən borclu Şəxs 600 (altı yüz) manat kirayə pulu, 226 (iki yüz iyirmi altı) manat kommunal borc və 596 (beş yüz doxsan altı) manat dəyərində iddiaçıya məxsus olan əşyaların özü və ya dəyəri, cəmi 1421 (bir min dörd yüz iyirmi bir) manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Müvafiq inzibati xəta haqqında işə 07 iyul 2022-ci ildə baxılmağa başlanmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti ilə məhkəmə iclası 05 avqust 2022-ci il tarixinə təxirə salınmışdır. 05 avqust 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası 24 avqust 2022-ci il tarixinə təxirə salınmışdır. Lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin məhkəmə iclasına iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığına baxmayaraq, gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ona görə də Neftçala Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Neftçala Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Neftçala Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli qərarı bu günədək icra edilməmiş, Şəxs Neftçala Rayon Məhkəməsinə gətirilməsi Neftçala Rayon Polis Şöbəsi tərəfindən təmin edilməmişdir. Məhkəmə icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına aşağıdakı səbəblərə görə xitam verilməlidir. Şəxs barəsində inzibati xəta haqqında protokol 07 iyul 2022-ci il tarixində tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 38.1 və 38.2-ci maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər», «Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və hazırkı iş üzrə inzibati xətanın uzanan inzibati xəta olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, müvafiq müddət xətanın aşkara çıxarıldığı gündən, yəni Şəxs barəsində 07 iyul 2022-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edildiyi gündən hesablanmalıdır. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında protokolun tərtib edildiyi (xətanın aşkara çıxarıldığı) gündən etibarən üç aydan çox müddət keçib. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Məhkəmə qeyd olunanları, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs 07 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin. İnzibati məsuliyyətə cəlb etmə müddəti Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-361/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-361/2022
29.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver