Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-361/2024 08.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Mustafayeva (Dünyamalıyeva) Minarə Sarvan qızının nümayəndəsi (anası) Nümayəndə iştirakı ilə xx xxxx 1979-cu ildə Neftçala rayonu, Aşağı Surra kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 25 sentyabr 2024-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 19 aprel 2023-cü ildə verilmiş 19 aprel 2023-cü il tarixli 2(053)-17/2023 nömrəli icra vərəqəsinə əsasən 07 iyul 2014-cü il təvəllüdlü X3 və 09 noyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Şəxs Neftçala Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı nəzərə alınmaqla hər ay, hər bir uşağa görə 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Mustafayeva (Dünyamalıyeva) Minarə Sarvan qızına ödənilməlidir. Qeyd olunur ki, yuxarıda göstərilən protokol üzrə inzibati xəta haqqında işə 25 sentyabr 2024-cü ildə baxılmağa başlanmış, Şəxs heç bir yerdə işləmədiyini, lakin yeni işə başladığını qeyd edərək məhkəmədən borcun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakı və gəliri müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun 2.960 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, yuxarıda göstərilən icra sənədi icraatına daxil olmuş, icraata başlanılaraq borcluya müvafiq qərar və bildiriş təqdim edilmişdir. Borclunun əmlak vəziyyəti yoxlanılmış, lakin tələbin yönəldilə biləcəyi əmlaka malik olması halı müəyyən edilməmişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Tələbkar Mustafayeva (Dünyamalıyeva) Minarə Sarvan qızının nümayəndəsi Nümayəndə işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu Şəxs iş məhkəməyə daxil olduğu vaxtdan bugünədək aliment borcundan müxtəlif vaxtlarda ümumilikdə 1.000 manat ödəniş etmişdir. Borclu söz vermişdir ki, bundan sonra da aylıq ödəniş məbləğlərində daha artıq məbləğdə ödəniş etməklə həm cari borclarını, həm də köhnə borclarını tam olaraq ödəyəcək. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar Mustafayeva (Dünyamalıyeva) Minarə Sarvan qızının nümayəndəsi Nümayəndə işə məhkəmədə baxılması zamanı bildirdiklərinə uyğun məzmunlu ərizə də təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı borcunu bir dəfəyə tam ödəyə bilməməsinin səbəbini maddi imkansızlığı ilə izah etmişdir. Maddi imkansızlığının səbəbi isə işsizliyi ilə bağlı olub. İcra sənədinin icrasından yayınmır. Məhkəməyə ödəniş qəbzləri təqdim edərək borcundan 1.000 manat məbləğində ödəniş etdiyini və hal-hazırda işlədiyi üçün bundan sonra da qalan aliment borcunu ödəyəcəyi ilə bağlı tələbkarla razılığa gəldiyini qeyd etmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və tələbkarın nümayəndəsini dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən yalnız o, halda yarana bilər ki, şəxs məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. Borclunun daha artıq miqdarda ödəniş etmək imkanına malik olması, lakin borcunu üzrsüz səbəbdən ödəməməsi halları işin məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi obyektiv cəhətdən mövcud deyil. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-361/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-361/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver