Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-362/2024 15.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən göndərilmiş 27 avqust 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 27 avqust 2024-cü il tarixdə, saat 13:30 radələrində “DA-833” bort nömrəli «Proqress-4» tipli «Yamaha-40» mühərrikli, heyyəti 2 nəfərdən ibarət olan üzmə vasitəsi ilə Xəzər dənizində təyin edilmiş 3.7 mil məsafədə su sərhəd rejiminə icazəsiz daxil olaraq xərçəng ovu ilə məşğul olmuşdur. İnzibati xəta haqqında protokolda Şəxs yuxarıda təsvir olunmuş hərəkətlərlə Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi qeyd olunur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Həmçinin iş materiallarına əlavə edilmiş Sahil Mühafizəsinin xx.xx.2024-cü il tarixli müşayət məktubunda vətəndaş Şəxs xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə su-sərhədboyu rejim qaydalarını pozduğuna görə barəsində inzibati xəta haqqında protokolların tərtib edildiyini, onun cərimə məbləğlərini ödəməkdən yayındığını və İXM-nin 43.3-cü maddəsinə əsasən cərimə inzibati tənbeh tədbirindən daha ağır təhbeh tədbirinin tətbiqi və üzmə vasitəsinin müsadirə edilməsi məsələsinə baxılması xahiş edilmiş, lakin müsadirə ediləcək əmlakın saxlanca verilməsi barədə hər hansı bir (akt) sənəd Sahil Mühafizəsi əməkdaşları tərəfindən tərtib edilməmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirli bilinərək “DA-833” bort nömrəli alüminium tipli «Yamaha-40» mühərrikli üzmə vasitəsi müsadirə edilməməklə 300 manat, xx.xx.2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirli bilinərək “DA-833” bort nömrəli «Proqress-4» tipli «Yamaha-40» mühərrikli üzmə vasitəsi müsadirə edilməməklə 300 manat manat məbləğində cərimə edilmişdir. Bununla da barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin “DA-833” bort nömrəli «Proqress-4» tipli «Yamaha-40» mühərrikli üzmə vasitəsi ilə dəfələrlə eyni xətanı törətməsi halı öz təsdiqini tapmışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 571-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətanı il ərzində təkrar törətməsi iş üzrə məsuliyyəti ağırlaşdıran haldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 571-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Şəxs məxsus “Dalğa” Sahil nəzarət bölməsinin 21-ci yanalma körpüsündə saxlanılan DA-833 bort nömrəli, «Proqress-4» tipli, «Yamaha-40» mühərrikli üzmə vasitəsi müsadirə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-362/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-362/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver