Məhkəmə qərarları › İş №3(053)-369/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-369/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-369/2025 28.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" İş Mərkəzi MMC-də işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 28 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 10 iyul 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 09 iyun 2025-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncunu dəmir dabankeşlə vurmaqla fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun əridir və onlar 15 aprel 2022-ci il tarixdən evlidirlər. Birgə nikahlarından bir oğlan uşağı var. 2024-cü ilin aprel ayında əri Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə zamanı Valeh onu döydüyü üçün bir müddət ayrı yaşamışlar. Sonra uşağına görə Valehin ona qarşı etdiyi hərəkətləri bağışlasa da, Valeh yenidən heç bir səbəb olmadan təkrarən ona qarşı şiddət göstərərək onu yumruq və təpik zərbələri ilə xəsarət yetirib döymüşdür. Bununla bağlı DİN-nin “102” xidmətinə, daha sonra isə Neftçala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin hadisə ilə bağlı onun barəsində tədbir görüldükdən sonra isə ayrı yaşamışlar. 09 iyun 2025-ci il tarixdə Valeh onun ailə üzvləri ilə birgə yaşadığı ünvana gələrək heç bir səbəb olmadan münaqişə yaratmış və onu nalayiq sözlərlə təhqir etmişdir. Aralarında yaranmış mübahisə zamanı Valeh əli ilə onun üz nahiyəsinə sillə vurmuş, daha sonra təkrar onun üzərinə gəldikdə isə o, özünü müdafiə etmək məqsədilə evin dəhlizində yerləşən dəmir dabankeşi Valehin ayaq nahiyəsinə vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Kürkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs Valeh qızı ilə 2022-ci ildən evlidir və onların birgə nikahından bir oğlan uşağı var. Son illərdə onların ailəsində tez-tez münaqişələr olduğu üçün o, öz atasının evində qalır. Əfsanə də öz ailəsinin yaşadığı ünvanda qalır. 09 iyun 2025-ci ildə saat 16.40 radələrində oğlu Hüseyn Əhmədovu görməyə getmişdir. Əfsanənin atasına məxsus evdə olduğu zaman Əfsanə heç bir səbəb olmadan onu təhqir etməyə başlamışdır. Həmin vaxt onların aralarında mübahisə yaranmış və Əfsanə evdə olan dəmir dabankeşi götürərək onun bədəninin müxtəlif yerlərinə vurub ona xəsarət yetirmişdir. O, həmin vaxt Əfsanəyə qarşı heç bir müqavimət göstərməsə də, özünü müdafiə etmək üçün Əfsanəni əli ilə kənara itələmişdir. Hadisə zamanı Əfsanəni döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyi və digər sənədlərlə də təsdiq olunur. 11 iyun 2025-ci il tarixli 85 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol budun orta və aşağı 1/3-nin bayır səthinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə ayaqqabı geyinən dəmirlə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərçəkmiş şəxs Şəxs ilə barışdığını bildirir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən «Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar