Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-373/2025 13.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 4 saylı X2 nümayəndəsi X3 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 4 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 4 saylı X1 daxil olmuş 24 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Eyvazov X8 rayonu, Şirvanlı kəndi ərazisində Xəzər dənizinin sahil mühafizə zonasında 10 ədəd kölgəliklər yaradaraq Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələbləri pozmuşdur. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Şəxs gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 4 saylı X2 nümayəndəsi X7 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Dövlət X9 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 4 saylı X2 nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal iş üzrə toplanmış sübutlarla təsdiq edilir. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müharibə veteranı olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altı yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-373/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-373/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver