Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-374/2025 11.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, X3 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1999-cu ildə Neftçala rayonu Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Neftçala rayonu Bankə qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsi tərəfindən tərtib edilmiş 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 24 iyul 2025-ci il tarixdə Neftçala rayonu Şirvanlı kənd ərazisində Xəzər dənizi sahilində qanunsuz olaraq dəmir konstruksiyalı kölgəliklər quraşdırmışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cu (su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmiş) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin nümayəndəsi X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Neftçala Rayon İcra Hakimiyyəti Başçısının 5-67/2- 769/2025 nömrəli xx.xx.2025-ci ilı tarixli məktubunun icrasının təmin edilməsi məqsədilə Neftçala rayonu Şirvanlı kənd ərazisində Xəzər dənizi sahilinə baxış keçirilmişdir. Keçirilən baxış zamanı Neftçala rayon Bankə qəsəbə sakini Şəxs tərəfindən heç bir hüüuqmüəyyənedici sənəd olmadan Xəzər dənizi sahilində sahildən 50-60m məsafədə dəmir konstruskiyadan 33 ədəd kölgəlik quraşdırılmaqla Su Məcəlləsinin tələblərini pozmuşdur. Şəxs qeyd olunan ərazini icarəyə götürmək üçün müraciət etdiyini və imtina cavabı aldığını bildirmişdir. Həmçinin kölgəlikləri quraşdırmaq üçün bankdan 15.000 manat kredit götürdüyünü və işsiz olduğu üçün bu fəaliyyətlə məşğul olduğunu bildirmişdir. Çirkab sularının axıdılması faktı aşkar olunmamışdır. Göstərilənlərə əsasən, X5 və Şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasını təxirə salmaq haqqında məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 61.5-ci maddələrinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında işə onun iştirakı olmadan da baxıla bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 263.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçısının izahatı və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, Şəxs Neftçala rayonu Şirvanlı kəndi ərazisində Xəzər dənizi sahilində sahildən 50-60 m məsafədə dəmir konstruskiyadan 33 ədəd kölgəlik quraşdırılmaqla Su Məcəlləsinin tələblərini pozmuşdur. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 263.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək ona, 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №3(053)-374/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-374/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver