Məhkəmə qərarları › İş №3(053)-375/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-375/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-375/2025 31.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Neftçala RPŞ-nın İTB-nın rəisi X1, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 16 avqust 1982-ci ildə Neftçala rayonu Xolqarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Neftçala rayonu Xolqarabucaq kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Neftçala RPŞ-nın İTB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Neftçala RPŞ-nın İTB tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala RPŞ-nın İTB tərəfindən tərtib edilmiş 31 iyul 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Neftçala rayonu, Xolqarabucaq kəndində birgə yaşadıqları evdə aralarında yaranmış mübahisə zəmnində arvadı Zərərçəkmiş şəxs Rüstəm qızını yumruqla vuraraq döymüşdür. Bununla da onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Neftçala RPŞ-nın İTB-nın rəisi X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun arvadıdır və ailəsi ilə birlikdə Neftçala rayonu, Xolqarabucaq kəndində yaşayır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2006-ci ildən ailə qurmuşdur. Həmin nikahdan 3 övladı var. Təxminən 1 il müddətdir ki, evlərində yoldaşı Gülnarın atasıgilin Bakı şəhərinə köçməsi səbəbilə söz-söhbət vardır. Həyat yoldaşı bununla iki, üç dəfədir ki, heç bir səbəb olmadan DİN-nin 102 xidmətinə şikayət etmişdir. Lakin hər dəfə şikayət əsassız olduğu üçün şikayətini geri götürmüşdür. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində evə gəlmiş, içəri daxil olduqda oğlu Hüseyinin çılpaq olduğunu görmüş və onu saymamağı ona pis təsir etmişdir. Bundan sonra stolun üstündə siqaret söndürüldüyünü görmüş və bunu kim edib deyə sual verəndə, oğlu Hüseyin qışqıraraq “mən” demişdir. Bundan sonra o yatağ otağına keçmiş və çıxıb gələndə mübahisə etməyə başlamışdır. Həyat yoldaşı Gülnar gəlmiş və demişdir ki, niyə görə Hüseyinə irad bildirir. Bu ona çox pis təsir etmişdir. Həyat yoldaşı Gülnarın evlərində söz-söhbətin Pərvanə adlı xanıma görə olduğunu desə də, evlərində söz - söhbətin onunla əlaqəsi olmamışdır. O xanımla danışmamışdır. Həmin xanımla danışığı ancaq iş barəsində olmuşdur. Hadisə vaxtı həyat yoldaşı Gülnarı döyməmiş və söyməmişdir. Həmin vaxt yanlarında övladları olmuşdur. Hazırda özünü təqsirli bilməyərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda və yazılı izahatlarında göstərilənlərə uyğun məzmunlu ifadə verərək həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. O cümlədən, 08 iyul 2025-ci il tarixli 102 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – alının sağ, alt çənə, sol bazunun aşağı 1/3-nin qançırları küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Dərəcəsi təyin edilmir”. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Neftçala RPŞ-nın İTB-nın qərarından gprünür ki, Zərərçəkmiş şəxs neftçala RPŞ-yə müraciəti əsasında toplanmış HK/712 saylı material üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, inzibati xəta hadisəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün material Neftçala RPŞ-nın İTB-ə göndərilmişdir. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs və Zərərçəkmiş şəxs barışdıqlarını bildirirlər. Zərər çəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən «Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar