Məhkəmə qərarları › İş №3(053)-376/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-376/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-376/2024 17.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon Polis şöbəsinin DYPB-nin İnzibati Təcrübə üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Neftçala rayonu, Qırmızıkənd Ə/D-nin Qırmızıkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 12 oktyabr 2024-cü il tarixdə, saat 23:30-da Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində, yolda idarə etdiyi «EM» markalı, dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və araşdırma zamanı Şəxs motosikleti sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi aşkar olunmuşdur (İXP 6622859). Qeyd olunan faktla əlaqədar Neftçala RPŞ-nin DYPB-nin İnzibati Təcrübə üzrə baş inspektoru, polis mayoru X2 tərəfindən 15 oktyabr 2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Qırmızıkənd kəndində yaşayır. 12 oktyabr 2024-cü il tarixdə özünə məxus idarə etdiyi «EM» markalı, dövlət qeydiyyat nişanı və heç bir sənədi olmayan morosikletlə Neftçala rayonu, Həsənabad qəsəbəsi ərazisində yolda hərəkətdə olarkən yol polis əməkdaşları tərəfindən saxlanılmış və araşdırma zamanı onun motosikleti sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hal-hazırda törətdiyi əməldən peşmançılıq çəkir. İnzibati xəta haqqında materiala əlavə olunmuş 12 oktyabr 2024-cü il tarixli, 356 saylı tibbi müayinə protokolundan görünür ki, Şəxs spirtli içki qəbulu nəticəsində yaranmış orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Beləliklə, inzibati xəta hadisəsinin olması və onun Şəxs tərəfindən törədilməsi Neftçala RPŞ-nin DYPB-nin vəzifləi şəxsi, polis mayoru X2 tərəfindən tərtib edilmiş, 15 oktyabr 2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolla, protokola əlavə edilmiş materiallarla və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətində Azərbaycan Respublikası İXM-nin 334.1ci maddəsinin tərkibi var, həmin maddədə göstərilən əməli törətməkdə təqsirlidir və həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. Şəxs törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olması və əvvəllər inzibati məsuliyyətə cəlb olunmaması onun məsuliyyətini yüngülləşdirən hallar, inzibati xətanı sərxoş vəziyyətdə törətməsi isə onun məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə uyğun olaraq fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 31, 32 və 33-cü maddələrinə əsasən işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, onun məsuliyyətini yüngülləşdirən hallar kimi törətdiyi əməli etiraf edib əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran hal kimi onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsini nəzərə alaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 04 (dörd) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 17 oktyabr 2024-cü il tarixdən, saat 12:55-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar