Məhkəmə qərarları › İş №3(053)-376/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-376/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-376/2025 31.07.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1967-ci ildə Neftçala rayonu, Qırmızıkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 31 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 07 iyul 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 19 iyun 2025-ci il tarixdə saat 10 radələrində Neftçala rayonu, Qırmızıkənd kəndində birgə yaşadıqları evdə gəlini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı təpiklə sağ bud nahiyəsindən vurmaqla fiziki ağrı yetirmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Neftçala rayonu, Qırmızıkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Müşfiq qızı onun gəlinidir. X4 ilə Zərərçəkmiş şəxs 2021-ci ildə ailə həyatı qurmuş və onların birgə nikahından X2 adlı uşaqları doğulmuşdur. İlhamla Aygün evləndikdən sonra qonşuluqda onlar üçün ayrıca ev tikmiş və onlar da həmin evdə yaşamışlar. Buna baxmayaraq bir ata kimi hər zaman onlara gedib-gələrək baş çəkmişdir. Gəlini Aygünlə daha əvvəl də mübahisələri olmuşdur. Çünki Aygün ona bir qaynata kimi hörmətlə yanaşmamışdır. 19 iyun 2025-ci il tarixdə saat 10 radələrində oğlu İlhamın həyətdə Aygünlə mübahisə etdiyini eşidib dərhal onlara getmişdir. Aygünün İlhama məxsus motosikletin yanacaq çəninə su tökdüyünü bildikdə isə Aygünlə mübahisə etməyə başlamışdır. Lakin mübahisə zamanı Aygünü vurmamış və döyməmişdir. Zərərçəkmiş şəxs bildirdikləri isə hamısı yalan və böhtandan ibarətdir. Mübahisə zaman Aygün onu təhqir etdiyi üçün o, da Aygünü təhqir etmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayonu, Xol Qarabucaq kəndində anası ilə birlikdə yaşayır. Neftçala rayonu, Qırmızıkənd kənd sakini Şəxs onun qaynatasıdır. X1 ilə 2021-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından X2 adlı uşaq doğulmuşdur. Ailə həyatı qurduqdan sonra ayrı evləri olsa da, qaynatası Asif onlarla qonşu olduğu üçün mütəmadi olaraq onlara məxsus evə gəlib heç bir səbəb olmadan münaqişə yaratmış və dəfələrlə onu döymüşdür. Lakin qaynatası tərəfindən döyülməsi ilə bağlı polisə şikayət etməmişdir. 19 iyun 2025-ci il tarixdə saat 10 radələrində qaynatası Şəxs onların yaşadığı evə gələrək həyətdə olan motosikletin yanacaq çəninə su tökməsi ilə bağlı ona böhtan atdığı üçün aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qaynatası Asif onun üzərinə gələrək onun saçından tutub başının 1-2 dəfə döşəməyə vurmuş, daha sonra təpiklə sağ bud nahiyəsinə vurub onu döymüşdür. Həmin vaxt İlham atasının əlindən onu almağa çalışmışdır. İlham onu döyməmiş və söyəmişdir. Hadisədən bir neçə dəqiqə sonra İlham onun üçün DİN-nin “102” xidmətinə də məlumat vermişdir. Şəxs onu döyməklə yanaşı, həmçinin ona nalayiq söyüşlər söyməklə təhqir etmişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyi və digər sənədlərlə də təsdiq olunur. 30 iyun 2025-ci il tarixli 98 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ budun yuxarı 1/3-nin bayır səthinin qançırı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar