Məhkəmə qərarları › İş №3(053)-377/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-377/2024

04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-377/2024 04.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 11 oktyabr 2024-cü il tarixli, 00100-02778/24 nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin (VÖEN:**********) adına İran İslam Respublikasından xx.xx.2024-cü il tarixdə **- AA-*** nömrə nişanlı yük nəqliyyat vasitəsində NO/1403 nömrəli, xx.xx.2024-cü il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8645 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Keşlə ŞTQ Ət Kombinatı ünvanında gömrük yoxlaması həyata keçirilmişdir. Yoxlama zamanı **********8645 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin 1-ci mal mövgeyində “farel, xanı və belamur balığı” yükü eyniləşdirilən zaman sənədlərdə göstərilənlərlə yük nəqliyyat vasitəsində olan faktiki yük arasında uygunsuzluq olduğu müəyyən edilmiş, yükü müşayət edən sənədlərdə ümumi çəkisi 8100 (səkkiz min yüz) kq “farel, xanı və belamur balığı” yükü göstərildiyi halda, faktiki olaraq yük nəqliyyat vasitəsində gömrük nəzarətinə bəyan olunmamış 21 (iyirmi bir) qutuda, hər birinin içərisində 7 (yeddi) ədəd kiçik qutu olmaqla, ümumi çəkisi 323 (üç yüz iyirmi üç) kq 400 (dörd yüz) qram “krevetka” yükü olduğu aşkar edilmişdir. Beləliklə də, "xxxx" MMC tərəfindən gömrük bəyannaməsində qeyd edilməyərək gömrük organına bəyan edilməyən ümumi çəkisi 323,4 kq krevetka yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33/1100/2-005919/2024 nömrəli, 28.090.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 163 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunmuşdur. “Sual: X1 tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli qərarda Şəxs MMC tərəfindən gömrük orqanına bəyan olunmayan 323.40 kq krevetka yükünün xx.xx.2024-cü il tarixə orta bazar dəyərinin müəyyən edilməsi. Cavab: xx.xx.2024-cü il tarixə 1 kq krevetka yükünün orta bazar dəyəri - 20 (iyirimi) manat olmaqla 323.40 kq krevetka yükünün cəmi orta bazar dəyəri - 6468 (altı min dörd yüz altmış səkkiz) manat müəyyən edildi” Araşdırma zərurəti ilə əlaqədar yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 163 nömrəli ekspert rəyinə əsasən "xxxx" MMC tərəfindən **********8645 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsində qeyd edilməyərək gömrük orqanına bəyan edilməyən xx.xx.2024-cü il tarixə 1 kq krevetka yükünün orta bazar dəyəri 20 manat olmaqla 323.40 kq krevetka yükünün cəmi orta bazar dəyəri 6468 manat müəyyən edilmişdir. Lakin **-AA- *** nömrə nişanlı yük avtomaşınında aşkar edilmiş 323.4 kq krevetka yükünün orta bazar qiyməti 6468 manat olduğu təqdirdə gömrük orqanına bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədilə 3-33-1100/029/026715 nömrəli, xx.xx.2024-cü il tarixli raportla Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş, daxil olmuş 3-33-1100/029/026715 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən əmtəəşünaslıq ekspertizasını keçirilməsi haqqında 27 sentyabr 2024-cü il tarixdə qərar qəbul olunmuş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə olunmuşdur. Beləliklə aparılmış inzibati araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən İran İslam Respublikasından idxal edilmiş və orta bazar qiyməti 6468 manat kimi qiymətləndirilmiş 323.40 kq krevetka yükünün gömrük orqanına bəyan edilmədiyi və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən İran İslam Respublikasından idxal edilmiş və orta bazar qiyməti 6468 manat kimi qiymətləndirilmiş 323.40 kq krevetka yükünün gömrük orqanına bəyan edilmədiyi və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş "xxxx" MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi məhkəməyə nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə "xxxx" MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli, 163 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «Sual: X1 tərəfindən təqdim edilən xx.xx.2024cü il tarixli qərarda Neftcala Fish MMC tərəfindən gömrük orqanına bəyan olunmayan 323.40 kq krevetka yükünün xx.xx.2024-cü il tarixə orta bazar dəyərinin müəyyən edilməsi. Cavab: xx.xx.2024-cü il tarixə 1 kq krevetka yükünün orta bazar dəyəri - 20 (iyirimi) manat olmaqla 323.40 kq krevetka yükünün cəmi orta bazar dəyəri - 6468 (altı min dörd yüz altmış səkkiz) manat müəyyən edildi». İş materialları ilə "xxxx" MMC-nin yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüqüqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinsin, həmin Məcəllənin 482.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 (qırx) faizi, yəni 2.587 (iki min beş yüz səksən yeddi) manat 20 (iyirmi) qəpik məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar