Məhkəmə qərarları › İş №3(053)-388/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-388/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-388/2025 14.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1975-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 14 avqust 2025-ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Salyan Rayon Məhkəməsi tərəfindən 04 dekabr 2017-ci ildə verilmiş 2(057)-2249/2017 nömrəli icra vərəqəsinə əsasən 02 noyabr 2004-cü il təvəllüdlü X7, 26 iyun 2006-cı il təvəllüdlü X5 və 29 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanması üçün məhkəməyə müraciət olunan 08 may 2017-ci il tarixdən başlayaraq borclu Şəxs hər ay hər uşaq üçün 90 manat olmaqla, 270 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Yuxarıda göstərilən icra sənədi ilə əlaqədar Məmmədov X6 Rayon Məhkəməsinin 3(053)-297/2024 nömrəli iş üzrə 21 avqust 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunmuş, lakin o, eyni icra sənədi üzrə tələbi yenə də üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş, icra məmurunun bununla bağlı qanuni tələblərini yerinə yetirməmiş, beləliklə də İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan xətanı inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətmişdir. İnzibati xəta haqqında protokoldan və icra işindən həmçinin görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya müvafiq olaraq qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanması üçün aidiyyəti orqanlara sorğularla müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu vaxtlı-vaxtında ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Məmmədov X6 Rayon Məhkəməsinin 3(053)-297/2024 nömrəli iş üzrə 21 avqust 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunub. Həmin işə baxıldığı dövrdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aliment borcu 10.180 manat təşkil edirdi. İşin faktik hallarından həmçinin görünür ki, Şəxs yuxarıda göstərilən inzibati tənbehi aldıqdan sonrakı dövrdə də icra sənədi üzrə aliment ödənişlərini lazımi qaydada etməyib. Onun bu gün üçün aliment borcu 10.290 manat təşkil edir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı hazırda heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti çox pis olduğuna görə aliment borcunu ödəyə bilmədiyini bildirmişdir. 2 uşağının 18 yaşı tamam olduğu üçün yalnız 1 uşağa görə hər ay 90 manat məbləğində aliment ödəyir. Qeyd edir ki, iş yeri tapıb işlədikdən sonra qalan aliment borcunu da ödəyəcək. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə inzibati tənbeh aldığına baxmayaraq, inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni inzibati xətanı, eyni icra sənədinə münasibətdə təkrar törətmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 14 avqust 2025-ci il saat 14.00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar