Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-389/2025 02.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, xx xxxxxx 1971-ci ildə Neftçala rayonu, 2 №-li Mayak kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, 2 №-li Mayak kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 16 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 iyul 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 10 iyul 2025-ci il tarixdə saat 08 radələrində Neftçala rayonu, 2-ci Mayak kəndi ərazisindən keçən Kür çayından Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazə balıq ovlama bileti olmadan özünəməxsus 01 ədəd istifadəsi qanunla qadağan olunmuş kustar üsulla hazırlanmış jilka tor vasitəsilə 04 ədəd siyənək və 02 ədəd şahmayı balıqlarını qanunsuz ovlayaraq təbiətə ümumilikdə 110 manat məbləğində ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, Neftçala rayonu, 2-ci Mayak kəndində ailəsi ilə birlikdə yaşayır. Qeyd edir ki, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır və hazırda heç bir yerdə işləmir. Dövlət tərəfindən müharibə iştirakçısı olduğu üçün ona aylıq 80 manat təqaüd verilir. Gəliri və iş yeri olmadığı üçün ailəsini dolandırmaq məqsədilə dənizdən balıq tutaraq uşaqlarının yeməsi üçün evinə aparır. Hadisədən bir neçə gün Kür çayından balıq tutmaq və evinə aparmaq məqsədilə 03 ədəd jilka toru birləşdirərək tor düzəltmişdir. 10 iyul 2025-ci il tarixdə saat 08 radələrində Neftçala rayonu, 2-ci Mayak kəndinin yaxınlığında olan Kür çayında kustar üsulla hazırladığı torla balıq tutan zaman Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq toru Kür çayından çıxartmışlar. Toru çıxardanda isə torda 04 ədəd siyənək və 02 ədəd şahmayı balıqlarının olduğunu görmüşlər. Daha sonra polislər həmin balıqları kisəyə qoymuş, kustar üsulla hazırlanmış jilka toru və balıqlar olan kisəni götürrərək onunla birlikdə Neftçala Rayon Polis Şöbəsinin inzibati binasının həyətinə gəlmişlər. Polis şöbəsinin inzibati binasının həyətində təhqiqatçının, hal-şahidlərinin və onun iştirakı ilə 06 ədəd balığın və torun fotoşəkillərini çəkib protokol tərtib etmiş, o da həmin protokola imza etmişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş Neftçala Rayon Polis Şöbəsi məhkəməyə nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Neftçala Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Bu hal barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünün etirafı ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin 1-ci Qarabağ müharibəsi iştirakçısı olması məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 ədəd kustar üsulla hazırlanmış jilka tor müsadirə edilməməklə 700 (yeddi yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-389/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-389/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver