Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-390/2025 19.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə 10 avqust 1973-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təhsili olmayan, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqinin «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 13 iyun 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 28 fevral 2025-ci il tarixdə saat 08 radələrində Neftçala şəhərində «Balıq bazarı» adlanan ərazidə Zərərçəkmiş şəxs məxsus mağazanın qarşısında əşyaları dağıtmış, onun ünvanına ucadan nalayiq ifadələr işlədib söyüş söyərək xırda xuliqanlıq etmişdir. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, Neftçala rayonu, Bankə qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən bazarda özünə məxsus ayaqqabı mağazası işlədir. Neftçala şəhərində yaşayan Zərərçəkmiş şəxs da onun mağazası ilə yanaşı mağazası var. Hər ikisi də eyni mal satdıqlarına görə tez-tez aralarında mübahisə yaranır. 28 fevral 2025ci il tarixdə saat 08 radələrində mağazanı açmış, mağazanın ətrafında olan kağızları yığaraq öz mağazasının arxasında yandırmışdır. Bu vaxt qonşu mağazada işləyən Sahil kağızları yandırmasına görə ona yaxınlaşaraq söyüşlə tüstünün onun mağazasına girdiyinə irad bildirmişdir. O, Sahilin onu söyməsinə irad bildirəndə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Sahil onun üzərinə gələrək sinə nahiyəsindən əlinin içi ilə vurmuşdur. Sahilin onu vurması nəticəsində yerə yıxılmış, sağ ayağı və sol qolundan xəsarət almışdır. Sonra da Sahilin onu döyməsi barədə DİN-nin “102” xidmətinə məlumat vermişdir. Sahil Abbasov onu vurduğuna görə ondan şikayət edəcəyini bilərək, onu söyməsi və plastik qabları dağıtması barədə ona böhtan atmışdır. Hadisə zamanı Sahil və ondan başqa heç kəs olmamışdır. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala şəhərində ailəsi ilə birlikdə yaşayır. Neftçala şəhəri, Şəhriyar küçəsində yerləşən bazarda özünə məxsus məişət əşyaları mağazası var. Neftçala rayonu, Bankə qəsəbəsində yaşayan Şəxs tanıyır və Gülnarənin də onun mağazasının yanında mağazası var. Hər ikisi də eyni mal satdıqlarına görə tez-tez aralarında mübahisə yaranır. 28 fevral 2025-ci il tarixdə saat 08 radələrində mağazanı açmış, həmin vaxt Gülnarə də öz işlətdiyi mağazanı açmışdır. Gülnarə mağazanın ətrafında olan kağızları yığıb, həmin kağızları öz mağazasının arxasında, yəni onun mağazasının qarşısında yandırmışdır. Gülnarənin qəsdən kağızları onun mağazasının qarşısında yandıraraq mağazanı tüstü ilə doldurduğunu bilsə də, Gülnarə ilə aralarında mübahisə yaranmasın deyə ona heç nə deməmişdir. Lakin Gülnarə onun mağazasının qarşısına gələrək təpiklə mağazanın qarşısına yığdığı 80 litrlik su qablarını aşırtmış, kağız əlsilənləri də suyun içərisinə dağıtmışdır. Gülnarənin yanında satıcı işləyən Səidə adlı şəxs gəlib su qablarını düzəldərək ona Gülnarəyə fikir verməməsini bildirmişdir. Gülnarə yenə də onun mağazasının yanına gələrək həmin su qablarına təpiklə vurub aşırmış, Səidə də gəlib aşan əşyaları düzəltmişdir. Gülnarə bu kimi hərəkətlərini təkrarən etmişdir. Həmin vaxt 80 litrlik plastik su qabının bir ədədi sınmış, kağız əlsilənlərin 5 ədədi isə yararsız vəziyyətə düşmüşdür. O, əsəbiləşərək mağazanın içərisindən Gülnarəyə ondan nə istədiyini soruşanda, Gülnarə onun və ailəsinin ünvanına nalayiq küçə söyüşləri söyə-söyə yaxşı etdiyini bildirmişdir. Sonra da onu işverən adlandırmışdır. Təxminən Gülnarənin 3 dəfə ona məxsus mağazadan əşyaları dağıtması, onu və ailəsini nalayiq söyüşlərlə söyməsi 30 dəqiqə çəkmişdir. O, da Gülnarənin hərəkətləri barəsində DİN-nin “102” xidmətinə məlumat vermişdir. Gülnarə onun DİN-nin “102” xidmətinə məlumat verdiyini bildikdə özünə xəsarət yetirib ondan polis şöbəsinə şikayət edəcəyini bildirmişdir. Gülnarənin onu nalayiq söyüşlərlə söyməsini “Samsung” markalı mobil telefonuna yazmışdır. Şəxs ondan şikayət etdiyini görüb ona böhtan ataraq guya onun Gülnarəni döyməsi barədə şikayət etmişdir. O, hadisə vaxtı mağazadan çölə çıxmamış, Gülnarəyə yaxınlaşmamışdır. Şəxs ona məxsus mağazada əşyalarını dağıtması nəticəsində 01 ədəd 12 manat dəyərində su qabı sınmış və 5 ədəd 5 manat dəyərində kağız əlsilən yararsız vəziyyətə düşmüşdür. Ümumilikdə ona 17 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə zamanı Gülnarənin işçisi Səidə, yaxınlıqda mağaza işlədən Əlövsət, bazarda işləyən Vilayət adlı şəxslər, eləcə də mağazanın qarşısından keçən tanımadığı adamlar orada olmuşdur. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünü təqsirli bilmədiyinə baxmayaraq, zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarına əlavə edilmiş 02 ədəd kompakt disklərdəki video görüntülərə baxış keçirilən zaman Şəxs ucadan zərərçəkmiş şəxsin ünvanına nalayiq söyüşlər söydüyü və zərərçəkmiş şəxsin də ona qarşılıq olaraq söyüş söydüyü görünür. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 70 (yetmiş) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-390/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-390/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver