Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-391/2025 08.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxx 2000-ci ildə Neftçala rayonu, Mirqurbanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 15 avqust 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 avqust 2025-ci il tarixli qərardan və material üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs 08 avqust 2025-ci ildə saat 13.20 radələrində etibarnamə əsasında idarə etdiyi «Nissan Note» markalı 77UC642 dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala şəhəri, Samid İmanov küçəsindən Neftçala şəhəri, M.Ə.Sabir küçəsi istiqamətində hərəkətdə olarkən 2.5 yol nişanının (dayanmadan keçmək qadağandır) tələbinə əməl etməmiş, daha sonra Neftçala-Salyan avtomobil yoluna çıxaraq həmin baş yolla hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus «Kia Sorento» markalı, 77VZ018 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat qəzası zamanı Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan və sağlamlığa yüngül zərərvurma kimi qiymətləndirilən xəsarətlər almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Qeyd edir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, M.Ə.Sabir küçəsində yaşayır. Hal-hazırda fərdi əməklə məşğuldur. «Nissan Note» markalı 77UC642 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. 08 avqust 2025-ci il tarixdə saat 13.20 radələrində marketdən çörək alıb evə qayıdırmış. Neftçala rayonu, M.Ə.Sabir küçəsində idarə etdiyi avtomobillə yolu qarşıya keçən zaman Neftçala rayonu istiqamətindən maşın gəldiyini görüb dayanmışdır. Salyan yolu istiqamətindən gələn avtomobilləri gözləmiş, Neftçala rayonu istiqamətindən gələn avtomobilin uzaqda olduğunu görüb 10 km/saat surətlə hərəkət etməyə başlamışdır. 1 dəqiqəyə yaxın həmin avtomobilin gəlib keçməyini gözləmiş, lakin qarşı tərəfə keçmək istəyərkən maşınla toqquşmuşdur. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Bu səbəbdən ekspertizadan keçməkdən könüllü olaraq imtina etmişdir. Həmin avtomobili 100 metrlik məsafə ilə görmüşdür. Hadisə nəticəsində avtomobilin sol yan hissəsi yararsız hala düşüb. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hal-hazırda «Neftçala Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsdə diş həkimi işləyir. «Kia Sorento» markalı, 77VZ018 dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. 08 avqust 2025-ci il tarixdə saat 13.20 radələrində Neftçala rayonu, Bankə qəsəbəsindən Bakı şəhərinə diş ölçüləri göndərməyə getmişdir. Neftçala rayonu, M.Ə.Sabir küçəsində idarə etdiyi avtomobillə Salyan rayonu istiqamətinə getmiş, Neftçala rayonu, Samid İmanov küçəsində bir avtomobilin dayandığını görmüşdür. Həmin avtomobillə arasında 70-80 metr məsafə olub. Bu zaman 50-55 km/saat surətlə hərəkət etmişdir. Həmin şəxs Samid İmanov küçəsindən qarşıya keçən zaman Salyan rayonu istiqamətində gələn avtomobilləri gözləmiş, lakin Neftçala rayonu istiqamətindən gələn avtomobilləri gözləmədiyindən yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində yüngül xəsarət almış, həmçinin avtomobilinə maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi halı yuxarıda göstərilən ifadələrlə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. 11 avqust 2025-ci il tarixli 134 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ əlin şişkinliyi, qançırı, İ-İİ barmaqların hərəkət məhdudluğu, sağ İ- İİ daraq sümüyü əsası bilək oynağında artrit əlamətləri, sol saidin, sağ baldırın orta 1/3-nin iç səthlərinin qançır və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmiş sayılmalı, o, həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs öz əməlini səmimi etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-391/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-391/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver