Məhkəmə qərarları › İş №3(053)-395/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-395/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-395/2025 26.08.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, X7 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Neftçala RPŞ-nin İTB-nin polis sahə rəisi X2, iş üzrə Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Cəlilabad rayonu Dövlət-Bəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Neftçala RPŞ-nin İTB tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Neftçala RPŞ-nin İTB tərəfindən tərtib edilmiş 26 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20.00 radələrində Neftçala şəhəri, M.H.Şəhriyar küçəsində yerləşən yaşayış binasının önündə Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Neftçala RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20.00 DİN 102 xidmətindən gələn məlumat əsasında Neftçala şəhəri, M.H.Şəhriyar küçəsində yerləşən yaşayış binasının önünə yaxınlaşmış, Zərərçəkmiş şəxs ilə Şəxs arasında mübahisə olduğunu, Zərərçəkmiş şəxs Şəxs qarşı nalayiq ifadələr işlətdiyini, bunu Şəxsı qızının videoya çəkdiyini, Şəxs isə Zərərçəkmiş şəxs nqarşı alayiq ifadələr işlətdiyini bunu isə Oba marketdə işləyən 2 nəfər şahidin təsdiq etdiyini görmüşdür. Göstərilənlərə əsasən, X1 Səbiyyə Xanlar qızının barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o hər hansı nalayiq ifadə işlətməmişdir, övladları ilə Zərərçəkmiş şəxs mübahisə etmiş, ona və onlara qarşı nalayiq ifadələr işlətmişdir. Bu halı da videoaya çəkmişlər. O, nalayiq ifadə işlətməyi özünə layiq hesab etmir və elə ifadələri işlətməyi özünə yaraşdırmır. Bu halın nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Oba marketə su alıb avtomobilə əyləşmişdir, b zaman onu Oba marketdə işləyən xanımlar çağıraraq arxada uşaqların səs-küy salaraq marketin qapısına daş atdıqlarını bildirərək bir böyük kimi onlara sakitləşdirməyini itstəmişlər. Bu zaman o marketin arxasın agetmiş qapını açan zaman qapıya daş dəymişdir. Qapının yanında 2 nəfər uşağın oturduğunu görmüşdür. Onlara sakit olmaqlarını dedikdə onlar bu onların məhəlləsini olduğunu istədiklərini edə biləcəklərini bildirmişlər. Daha sonra uşaqların anası Şəxs orada yerləşən binanın 3-cü mərtəbəsindən on qarşı nalayiq ifadələr işlətmişdir. bu da onun qarşılığında ona qarşı nalayiq ifadələr işlətmişdir. ailə üzvləri ilə Neftçala rayonu Bankə qəsəbəsi N.Nərimanov küçəsi ev 3 mənzil 3 . Göstərilənlərə əsasən, Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs daha ciddi tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X5 ifadə verərək bildirmişdir ki, o, Oba marketdə satıcı-kassir işləyir. Fasilə zamanı mətbəxdə iş yoldaşı X3 ilə yemək yedikləri zaman marketin arxa qapısının yanında uşaqların səs-küy saldığını görmüşlər, onlara sakit olmaqlarını bildirmişər. Lakin onlar sakit olmadığı üçün kameradan Zərərçəkmiş şəxs marketin qapsının yanında maşında olduğunu görmüş,onu uşaqları sakitləşdirməyi üçün çağırmışlar. Zərərçəkmiş şəxs gəldikdə orada yalnız iki uşaq qalmışdır. Onlarda Şəxs övladları idi. Bu zaman Şəxs oraya gəlmiş, Zərərçəkmiş şəxs və Şəxs mübahisə edərək bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X3 ifadə verərək bildirmişdir ki, o, Oba marketdə satıcı-kassir işləyir. Fasilə zamanı mətbəxdə iş yoldaşı X5 ilə yemək yedikləri zaman marketin arxa qapısının yanında uşaqların səs-küy saldığını görmüşlər, onlara sakit olmaqlarını bildirmişər. Lakin onlar sakit olmadığı üçün kameradan Zərərçəkmiş şəxs marketin qapsının yanında maşında olduğunu görmüş,onu uşaqları sakitləşdirməyi üçün çağırmışlar. Zərərçəkmiş şəxs gəldikdə orada yalnız iki uşaq qalmışdır. Onlarda Şəxs övladları idi. Bu zaman Şəxs oraya gəlmiş, Zərərçəkmiş şəxs və Şəxs mübahisə etmişlər. Lakin Şəxs Zərərçəkmiş şəxs nalayiq ifadə işlətdiyini eşitməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək ona, 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar