Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-397/2023 02.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1973-cü ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, X2 İstismarı İdarəsinin Neftçala Xidmət Sahəsində nəzarətçi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 02 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Neftçala şəhər sakini Zərərçəkmiş şəxs 500 manat məbləğində pulunu sonuncunu işə düzəltmək adı ilə alaraq dələduzluq yolu ilə talamışdır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs 10 yanvar 2023-cü ildə onu işə düzəldəcəyini vəd edib aldadaraq 500 manat məbləğində pulunu almış, lakin vədinə əməl etməmişdir. Qeyd edir ki, 2022-ci ilin sonlarında qonşuluğunda yaşayan Ceyhun adlı şəxs Salyan RQİİ Neftçala Xidmət Sahəsinin Bankə qəsəbəsi üzrə nəzarətçisi işləyən Şəxs bir neçə sakinləri işə düzəltməsi barədə ona bildirmişdir. Həmin vaxt o, 6 ilə yaxın idi ki, Bakı şəhərində «Metak MMC»-də 5-ci dərəcəli növbə ustası vəzifəsində çalışırmış. Atasının və anasının yaşlı və xəstə olmaları səbəbindən onlarla birlikdə Neftçalada yaşamaq və işləmək üçün ona Neftçala rayonu ərazisində iş lazım olmuşdur. Bu məqsədlə o, Ceyhunla danışdıqdan sonra təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində Ceyhun, qardaşı Təbriz və Sevda adlı qadın Neftçala rayon Qaz İdarəsinin yaxınlığında görüşmüşlər. Həmin görüş zamanı Şəxs ona demişdir ki, 500 manat məbləğində pulu Ceyhun vasitəsilə göndərdikdən və həmin vaxt çalışdığı işdən çıxdıqdan sonra 2023-cü ilin yanvar ayının 10-da onu Neftçala rayon Qaz İdarəsində işə düzəldəcəkdir. Sevda həmçinin ona hal-hazırda işlədiyi işdən çıxmalı olduğunu və işsiz kimi Məşğulluq İdarəsində qeydiyyata düşməli olduğunu bildirmişdir. Əks təqdirdə bunun mümkün olmayacağını demişdir. O, da 500 manat məbləğində pulu həmin gün qardaşı vasitəsilə Sevdaya çatdırması üçün Ceyhuna vermişdir. Ceyhun həmin pulu Sevdaya vermişdir. 2022-ci ilin dekabr ayının 21-də «Metak MMC»-dəki işindən çıxmışdır. İşdən çıxmamışdan əvvəl də Sevda xanımla əlaqə saxlayıb bildirmişdir ki, əgər vəd etdiyi iş alınmayacaqsa o, öz işindən çıxmasın. Sevda isə ona demişdir ki, «arxayın ol, işdən çıx». Həmin işdə işlədiyi müddətdə onun aylıq qazancı 830 manat məbləğində maaş və hər 3 aydan bir 100 manat məbləğində mükafatdan ibarət olmuşdur. O, hər gün Sevda xanımla həm telefon, həm də «WhatsApp» sosial şəbəkəsi vasitəsilə əlaqə saxlamışdır. Sevda ona hər dəfə işinin alınacağını və işə başlayacağını bildirməklə onu yubadaraq aldatmışdır. 2023-cü ilin aprel ayında «Metak MMC»-dən ona zəng gəlmişdir ki, işinə qayıtsın. O, bu barədə Sevdaya demiş və bildirmişdir ki, əgər vəd etdiyi iş alınmayacaqsa ona verdiyi 500 manat məbləğindəki pulu qaytarsın. Sevda yenə də, ona işinin düzələcəyini bildirib, Tarel adlı şəxsin nömrəsini vermişdir ki, onunla danışsın. Tarellə də dəfələrlə danışsa da, heç bir müsbət nəticəsi olmamışdır. Beləliklə Sevda onu aldadaraq 500 manat pulunu ələ keçirmişdir. Qeyd edir ki, Sevda həmin 500 manat pulu ona qaytarmaq məqsədilə sonradan Ceyhuna vermişdir və hal-hazırda həmin pulun Ceyhunda olması barədə məlumatı vardır. 500 manat məbləğində pulu Ceyhundan götürəcək. Lakin bildirir ki, Sevdanın dələduzluq əməli nəticəsində 5 ay işsiz qaldığından həmin müddətdə qazana biləcəklərindən məhrum olmuşdur. Bu müddət ərzində əldən çıxmış qazancını 4.250 manat kimi qiymətləndirir və məhkəmədə iddia qaldırmaqla həmin pulu Sevdadan tələb edəcək. Hazırda isə məhkəmədən Sevdanın əməlinə qanunvericiliyə uyğun olaraq qiymət verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsin bildirdiklərinə uyğun məzmunlu izahat vermiş, yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Qeyd edir ki, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı bir müddət əvvəl ödəyibdir. Daha doğrusu zərərçəkmişə qaytarılması üçün onun qonşusu olan Ceyhun adlı şəxsə 500 manat məbləğində pulu vermişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun öz izahatı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün HK1/497 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək inzibati xətanı törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qərarın surətinin Neftçala RPŞ-nin İTB-nə göndərilməsi, Zərərçəkmiş şəxs işdən çıxdıqdan sonra itirilmiş 4.250 manat maddi ziyanın tələbi ilə əlaqədar Neftçala Rayon Məhkəməsinə müraciət etmək hüququ olmasının izah edilməsi qərara alınmışdır. Həmin qərar Neftçala RPŞ-nin İstintaq Qrupunun müstəntiqi Məzahir Abdulhüseynov tərəfindən 17 iyun 2023-cü ildə qəbul olunub. Azərbaycan Respublikası İXM-nin 38.3-cü maddəsinə əsasən «Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər». Neftçala RPŞ-nin İstintaq Qrupunun müstəntiqi Məzahir Abdulhüseynovun yuxarıda qeyd edilən qərarının qəbul edildiyi vaxtdan 3 aydan çox vaxt keçib. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-397/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-397/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver