Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-398/2025 06.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, X1, Neftçala rayon prokurorunun böyük köməkçisi X4 iştirakı ilə X2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında Neftçala Rayonu keçmiş prokuroru Nəsif Nəcəfov tərəfindən qəbul edilmiş qərardan şikayətə açıq məhkəmə iclasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Neftçala rayonunun keçmiş prokuroru Nəsif Nəcəfov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən qəbul edilmiş cinayət işi haşlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı Neftçala rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərari ilə ləğv edilmişdir. Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı Neftçala rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı müəyyən etmişdir: 30 C-25 (25-3-2-2-441-0265) nömrəli material üzrə vət. X7 barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, X7 barəsində Azərbaycan Respublikası CM-in 185.1, 263-1.1 va 264-cü maddələri ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Material üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə ekspertiza xərcləri X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesablaşma hesabına ödənilmişdir. X7 barəsində Azərbaycan Respublikası İXM-in 327.2 və 332.1-ci maddələri, həmçinin X8 barəsində həmin Məcəllənin 335.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün bu icraatın həmin hissələrinə aid olan materiallar ayrıca icraata ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş, qərarın surəti törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş şəxsə göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəməyə şikayət vermək hüququ və qaydası ona izah edilmiş, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriməsi qərara alınmışdır. Həmin qərardan sonra xx.xx.2025-ci il tarixli inzibati xəta haqqinda iş üzrə icraatin başlanilmasi haqqinda Neftçala rayonunun keçmiş prokuroru Nəsif Nəcəfov tərəfindən qərar qəbul edilmiş və bunun əsasında Neftçala RPŞ tərəfindən tərtib edilmiş X7 Azərbaycan Respublikası İXM-in 327.2 və 332.1-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2025-ci il tarixli İXP ******* sayli inzibati xəta haqqinda protokol tərtib edilmişdir. Bu protokol əsasında onun bir çox hüquqları məhdudlaşdırılmışdır. Belə ki, sürücülük vəsiqəsinin vaxtı bitdiyinə görə bu əsassız qərara görə dəyişə bilmir. Eyni zamanda avtomobilin texniki baxış vaxtı çatdığı halda bu əsassız qərar olduğundan texniki baxışdan keçə bilmir. Bu məhdudiyyətlər ləğv edilmiş qərar əsasında ortaya çıxdığından onun hüquqlarını məhdudlaşdırır. Neftçala RPŞ-nin yol patrul xidməti bölməsinə müraciət etsədə hazırki mübahisələndirilən qərar ləğv edildiyi halda inzibati xəta haqqında qərarı da ləğv edəcəklərini bildirmişlər. Neftçala rayon prokurorluğuna bununla bağlı müraciət etsədə qərar ləğv edə bilməyəcəklərini bildirmişlər. Hesab edir ki bununla bağlı məhkəmə qərar qəbul etməlidir.Tərəfindən iki dəfə Neftçala Rayon Məhkəməsinə müraciət edilmiş və bu müraciətlərdən sonra Neftçala rayon prokurorluğu tərəfindən qeyd edilən qərarlar ləğv edilmişdir. Bundan sonra tərəfindən Neftçala Rayon Məhkəməsindən şikayətlərin geri götürülmüşdür. Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı Neftçala rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edildiyi və Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı Neftçala rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edildiyi üçün şikayəti təmin edilməlidir. Artıq qüvvədə olan qərar olmadığından inzibati icraat da olmamalıdır.Odur ki, Neftçala Rayonu keçmiş prokuroru Nəsif Nəcəfov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 məhkəmədə də eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Neftçala rayon prokurorunun böyük köməkçisi X9 şikayəti qəbul etməyərək bildirdi ki, Neftçala rayon Prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X12 tərəfindən qəbul edilmiş cinayət işi haşlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı Neftçala rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərari ilə ləğv edilmişdir. Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı Neftçala rayon prokurorunun xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Daha sonra iş yenidən ekspertiza göndərilmiş, ekspertin rəyi xx.xx.2025-ci il tarixdə prokurorluğa daxil olmuş, həmin ekspert rəyi əsasında xx.xx.2025ci il tarixdə Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən 30 C-25 nömrəli material üzrə vət. X7 barəsində Azərbaycan Respublikası CMin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2ci maddəsinə əsasən rədd edilməsi, X7 Azərbaycan Respublikası İXM-in 327.2 və 332.1ci maddələri inzibati xəta haqqında aiş üzrə icraatın başlanmasının nəzərə alınması qərara alınmışdır. Odur ki, göründüyü kimi şəxsin əməlində inzibati xəta tərkibinin olması yenidən eskpert rəyi əsasında müəyyən edilmişdir. Buna görə şikayət rədd edilməsi barədə qəraq qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və 30C-25 saylı materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət rədd edilməlidir. Belə ki, iş materiallarında olan Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən xx.xx.2025-ci il tarixli qərardan müəyəyn edilir ki, 30 C-25 nömrəli material üzrə vət. X7 barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X7 Azərbaycan Respublikası İXM-in 327.2 və 332.1-ci maddələri inzibati xəta haqqınd aiş üzrə icraatın başlanmasının nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizas Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/1837 nömrəli ekspert rəyindən müəyyən edilir ki, «Hyundai SantaFe» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyil. «Renault Megane» markali, 99-TC-83 463 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 izahatinda göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğundur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən tədqiq olunan şəraitdə «Renault Megane» markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə təqdiqat aprılmır. Tədqiq olunan şəraitdə «Hyundai SantaFe» markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud hadisə mexanizmində yalnız nəqliyyat vastələrinin üzərindəki əziklərə onların xarekterinə əsasən real hadisənin baş vermə mexanizmini müəyyən etmək mümkün deyildir. Yuxarıda isə tədqiqat toqquşmanın nəqliyyat vastələrinin hansı hissələri arasında baş verməsinə və hadisə yerində qalan toqquşma yerinə xarakterik nəqliyyat vastələrin tökülən hissəciklərə və təkərlərindən qalan izlərə əsasən aparılmışdır. Yəni nəqliyyat vastələrinin toqquşmasının baş verdiyi hissələrə və real toqquşma yerinə əsasən müəyyən edilmişdir ki, «Hyundai SantaFe» markalı avtomobilin sürücüsü Ə.Abdullayevin göstərdiyi hadisə mexanizmi real hadisə mexanizminə uyğun deyil, «Renault Megane» marka avtomobilin sürücüsü M.Məmmədzadəninə izahatında göstərdiyi hadisə mexanizmi isə hadisə mexaniminə ziddiyət təşkil etmir. Şikayətçi faktiki olaraq şikayətində həmin qərarın qanunsuzluğu barədə hər hansı bir konkret fakt göstərməmişdir. Şikayətdə qeyd olunan hallar isə həmin qərarın ləğv edilməsi üçün əsas deyildir. Şikayətçi qərardan narazı olduğu üçün ləğv edilməsini xahiş etmişdir, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir.Şikayətçi şikayətdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsini əsas götürərək inzibati icraatın başlanması haqqında qərarın ləğv edilməsini xahiş edir. Göründüyü kimi şikayətçi qeyd olunan qərarın ləğv edilməsi üçün başqa hər hansı sübut məhkəməyə təqdim etməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iş üzrə yekun qənaətə gələrək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinin nəzərdən keçirməyi zəruri sayır. İXM-nin 53.1ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İşin hallarını nəzərdən keçirdikdə görünür ki, hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud deyildir. Həmçinin məhkəmə şikayətə qiymət verərkən eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü və 135-ci maddələrinə də nəzər yetirməyi zəruri sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması;hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi;inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi;tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İşin faktiki hallarından görünür ki, hazırki iş üzrə İXM-nin 135.1.1-135.1.5-2-ci maddələrində qeyd olunan əsaslar mövcud deyildir. Belə ki, iş üzrə bütün faktiki hallar araşdırılmış, səlahiyyətli vəzifəli şəxsin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmiş, inzibati məsuliyyət müəyyən edən qanunun madfdəsi düzgün tətbiq edilmiş, tətbiq edilmiş tənbeh İXM-nin 31-34-cü maddələrinin tələblərinə uyğundur, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallar mövcud deyildir, habelə inzibati icraatın başlanması haqqında qərar səlahiyyəti çatan vəzifəli şəxs tərəfindən qəbul olunmuşdur. İş üzrə məhkəməyəqədər icraat dövründə yol verilmiş müəyyən pozuntular işin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törətməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/1837 nömrəli ekspert rəyində Ə.Abdullayev arxadan eyni istiqamətdə ona nisbətən sol tərəf ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə alaraq idarə etdiyi Hyundai SantaFe markall avtomobillə hərəkət hissəsinin sağ tərəfindən sola doğru dönmə əməliyyatı aparmamalı, arxada sol tərəfdə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən və hərəkətin təhlükəsizliyinə əmin olduqdan sonra sola doğru yerdəyişmə aparmaqla hərəkət hissəsində sol kənar vəziyyət tutmalı və bundan sonra sola doğru dönmə əməliyyatı aparmalı idi. Lakin təqdiq olunan şəraitdə sürücü Ə.Abdullayev idarə etdiyi «Hyundai SantaFe» markall avtomobillə hərəkət hissəsinin sağ hissəsi ilə hərəkətdə olub sola-geriyə dönmə əmliyyatı aparması üçün avtomobili sola doğru istiqamətləndirməsi, arxadan eyni istiqamətdə ona nisbətən sol tərəflər hərəkətdə olan «Renault Megane» markalı avtomobilə yol verməməsi, onun hərəkəti üçün təhlükə yaratması və nəticədə nəqliyyat vasitələri arasında toqquşmanın baş verməsi faktları onu izah edir ki, qeyd olunan vəziyyətdə «Hyundai SantaFe» markallı avtomobilin sürücüsü Ə.Abdullayev hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblətinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkan olduğu qeyd edilmişdir. Göründüyü kimi, «Hyundai SantaFe» markall avtomobilin avtomobilin sürücüsü Ə.Abdullayev hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pzomuşdur. Buna görə düzgün olaraq onun barəsində iznibati icraat başlanmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1ci hissəsinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 6ci hissəsinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır. Həmçinin Şikayətçi şikayətdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsini əsas götürərək inzibati icraatın başlanması haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə həmin hissəyə münasibətdə qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edildikdən sonra iş yenidən araşdırılmış və Neftçala rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas, X11 tərəfindən xx.xx.2025-ci il tarixli qərarla 30 C-25 nömrəli material üzrə vət. X7 barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, X7 Azərbaycan Respublikası İXM-in 327.2 və 332.1-ci maddələri inzibati xəta haqqınd aiş üzrə icraatın başlanmasının nəzərə alınması qərara alınmışdır. məhkəmə “prosessual qənaət” prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, hazırda inzibati icraatın başlanması haqqında qərarın ləğv edilsə belə , yenidən cinayət işi rədd edildiyi və Hyundai SantaFe markall avtomobilin avtomobilin sürücüsü Ə.Abdullayev hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pozduğu üçün onun barəsində izibati icraatın başlanması qərara alınacaqdır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 tərəfindən verilmiş Neftçala rayonunun keçmiş prokuroru Nəsif Nəcəfov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №3(053)-398/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-398/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver