Məhkəmə qərarları › İş №3(053)-401/2023

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-401/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-401/2023 06.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. X2 həmin qərardan şikayət vermiş, lakin şikayətin verilməsi ilə bağlı inzibati xətalar qanunvericiliyində nəzərdə tutulan müddəti xeyli buraxmışdır. Şikayətə müvafiq prosessual müddətin bərpa olunmasına dair vəsatət əlavə edilməmiş, həmçinin inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsində şikayətçiərizəçi kimi, digər tərəf isə cavabdeh kimi qeyd edilərək forma və məzmuna riayət edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmadığını yoxlamalıdır. İş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, şikayətin verilməsi müddətinin buraxılması həmin şikayət üzrə icraatı rədd edən hal kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, QƏRARA ALDİM: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 noyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğvinə dair X1 şikayəti geri qaytarılsın. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar