Məhkəmə qərarları › İş №3(053)-402/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-402/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-402/2023 13.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə xx xxxx 1992-ci il tarixdə Neftçala rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Neftçala “Operating Company” LTD şirkətində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyən, Neftçala rayonu, Günəşli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 12 oktyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 12 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 12 oktyabr 2023-cü il tarixdə, saat 17:20-də Neftçala şəhəri, M.Əsədov küçəsindəki parkda ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək uca səslə ünvansız nalayiq söyüşlər söymüş, bununla əlaqədar ona yaxınlaşmış və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının onu nizam-intizama dəvət etmələrinə əməl etməyərək onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsinin yaxınlığındakı parkda uca səslə ünvansız söyüşlər söyməyə başlamışdır. Bu zaman ona yaxınlaşıb özlərini Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları kimi təqdim edən bir neçə nəfər ona sakit olmağı bildirmişlər. Lakin həmin vaxt maddi problemləri ilə bağlı, yəni tanışının bankdan götürdüyü kreditə zamin durduğunu, lakin son dörd ay ərzində tanışının kredit borcunu ödəmədiyindən bank əməkdaşlarının dəfələrlə onların evinə gəldiyini və zamin kimi məsuliyyət daşıdığını bildirdiklərindən əsəbi olduğunu, bu vəziyyətdə isə polis əməkdaşlarının iradına məhəl qoymamış və “hərəkətlərinin heç kimə dəxli olmadığını” bildirərərək bu kimi hərəkələri davam etdirmişdir. Polis əməkdaşları onu polis şöbəsinə dəvət edəndə getmək istəməmişdir. Əməlindən peşimandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 bildirmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə, saat 17:20 radələrində Neftçala şəhəri, M.Əsədov küçəsindəki parkda Neftçala RPŞ-nin əməkdaşları xidmətdə olduğu vaxt bir nəfər cavan oğlan (Şəxs) uca səslə ünvansız nalayiq söyüşlər söyməyə başlamış, polis əməkdaşları onu sakitləşdirməyə çalışanda sonuncu daha da əsəbiləşib hərəkətlərini davam etdirmişdir. Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının raportu və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz yazılı və şifahi izahatı əsasında, ona hüquq və vəzifələri izah edilməklə inzibatı xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də Şəxs həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olması iş üzrə məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməyib. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 12 oktyabr 2023-cü il, saat 17:25-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar