Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-402/2024 29.10.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1979-cu ildə Neftçala şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Kayman Adalarının “Salyan OYL Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialında operator vəzifəsində işləyən, Neftçala rayonu, Bankə qəsəbəsi, 4-cü məhəllə, ev 8-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş 29 oktyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, təhqiqatçının «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 17 oktyabr 2024-cü il tarixli qərarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 08 oktyabr 2024-cü ildə, saat 13 radələrində Neftçala rayonu, Bankə qəsəbəsində birgə yaşadıqları evdə qızı Zərərçəkmiş şəxs ilə münaqişə yaradaraq onu qəsdən yumruqla baş və bədən nahiyələrinə vuraraq, sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək döymüşdür. Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Zərər çəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda və yazılı izahatlarında göstərilənlərə uyğun məzmunlu ifadə verərək həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. O cümlədən, 11 oktyabr 2024-cü il tarixli, 214 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, “2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ saidin orta 1/3-nin sıyrığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruq və sillə ilə vurma, qolundan tutub sıxma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir”. Beləliklə, toplanmış sübutlarla müəyyən olunur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs və Zərərçəkmiş şəxs barışdıqlarını bildirirlər. Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən «Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-402/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-402/2024
29.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver