Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-408/2023 19.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxx 1966-cı ildə Neftçala rayonu, Böyük Oriyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 18 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 08 sentyabr 2023cü il tarixli qərarından görünür ki, Şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 17.20-də Neftçala rayonu, Kürkənd kəndində qonşusu Zərərçəkmiş şəxs1 aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən yumruqla və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək fiziki ağrı yetirmişdir. Şəxs həmçinin həmin gün saat 21 radələrində Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs2, aralarında eyni zəmində yaranmış mübahisə zamanı qolundan tutaraq sıxmaqla döyərək fiziki ağrı yetirmişdir. Şəxs qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Kürkənd kəndində yaşayır. Zərərçəkmiş şəxs1 qonşusudur. Əvvəllər qonşuluq münasibətləri normal olmuşdur. Lakin sonradan aralarında söz-söhbətlər olmuş, münasibətlərində soyuqluq yaranmış və birbiriləri ilə küsülü olmuşlar. 01 sentyabr 2023-cü ildə saat 17.20-də arvadı Arzu ilə həyətlərində çay içərkən hava isti olduğundan əyindəki köynəyini çıxarıb əlində tutmuş, bu zaman Tərlanın onlara yaxınlaşdığını görüb köynəyini əyninə geyinmişdir. Tərlan dəmir tordan olan hasara yaxınlaşaraq nə isə demiş və çıxıb getmişdir. O, Tərlanın arxasınca çıxaraq Tərlanı səsləmiş və ondan nə dediyini soruşmuşdur. Bu vaxt Tərlan ona yaxınlaşaraq qəflətən onun qarın nahiyəsindən yumruqla vurmuşdur. Arvadı Arzu tez qaçaraq onları ayırmış və onu evə gətirmişdir. Tərlan da həyətlərinə getmişdir. Tərlan ona söyüşlə «gözlə gəlirəm» deyə bildirmiş, həmçinin evdən tüfəng götürərək onu vurmaq istəmişdir. Arvadı Tərlan vurmasın deyə onu həyətə salmışdır. Tüfəngi Tərlanın əlindən arvadı Aytən almışdır. Bundan sonra Tərlan küçəyə çıxaraq onları nalayiq küçə söyüşləri ilə söymüşdür. O, arvadı Arzu ilə birlikdə küçəyə çıxaraq Tərlandan söyüş söyməməsini tələb etmişdir. Tərlan anidən üzərinə hücum edərək onu döyəndə, özünü müdafiə edərək Tərlanla əlbəyaxa olmuş və bu zaman Tərlanı yumruq və təpiklə vurmuşdur. Həmin gün saat 21 radələrində Tərlanın arvadı Zərərçəkmiş şəxs2 onunla mübahisə edərək üzərinə gəldiyi üçün Aytəni qolundan tutub sıxmış və özündən kənarlaşdırlmışdır. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Neftçala rayon Kürkənd kəndində ailəsi ilə birlikdə yaşayır. X1 ilə qonşudurlar. Əvvəllər çox yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin aprel ayında aralarında olan söz-söhbətə görə onlarla küsülüdürlər. 01 sentyabr 2023-cü il tarixdə saat 17.20-də həyətində olarkən Əsgərin açıq bədənlə həyətindən çıxaraq, küçədəki dəmir tordan hasara aldığı yerdə arvadı Arzu ilə birlikdə oturduğunu görmüşdür. Onlara yaxınlaşaraq Əskərə qonşulardan ayıb olduğu üçün köynəyini əyninə geyinməsini bildirmişdir. Sonra da onlardan ayrılıb həyətinə getmişdir. Bundan bir qədər sonra Əskərin, arvadı Arzunun və qızları Səmirənin ona yaxınlaşdığını görmüşdür. Əskər yaxşı edib açıq bədənlə gəzdiyini bildirərək, onunla əl hərəkətləri ilə danışmışdır. Bu zaman onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Əskər onu yumruqla və təpiklə bədəninin müxtəlif yerinə vuraraq döymüşdür. Sonradan bilmişdir ki, Əskərin arvadı Arzu ondan Neftçala RPŞ-nə şikayət ərizəsi vermişdir. Qeyd edir ki, Əskər və Arzu ona böhtan atırlar, hadisə vaxtı onları tüfənglə vuracağı ilə hədələməyib. Ümumiyyətlə onun tüfəngi yoxdur. Etiraf edir ki, hadisə vaxtı Əskərlə əlbəyaxa olarkən özü də Əskərə qarşı yumruq və təpikdən istifadə etmişdir. Əskərlə barışmadığını bildirərək, ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmişlərin ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-408/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-408/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver