Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-408/2024 29.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə 30 avqust 1998-ci il tarixdə Neftaçala rayonu, 1-ci Qaralı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Neftaçala rayonu, 1-ci Qaralı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi tərəfindən tərtib edilmiş, 31 oktyabr 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 19 oktyabr 2024-cü il tarixdə, saat 18:20-də Qəfərov X2 rayonu, 1-ci Qaralı kəndi ərazisində özünə məxsus 1 (bir) baş iri buynuzlu, dişi heyvanı (inək) yolun hərəkət hissəsinə nəzarətsiz buraxmış, nəticədə bir baş inək Neftçala-Salyan avtomobil yolunun 1-ci Qaralı ərazisindən keçən hissəsində Salyan istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” minik markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Şəxs işin məhkəmə baxışı zamanı yuxarıda göstərilənlərə uyğun məzmunlu izahat verərək, özünə məxsus bir baş inəyin yolda “Opel Astra” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurularaq heyvanın öldüyünü qeyd etmişdir. Habelə qeyd etmişdir ki, o, həmin heyvanı 2023-cü ildə Salyan rayonunda “heyvan bazarı”ndan 3.500 manata almışdır. Hadisənin baş verdiyi yerdən heyvanlar Neftçala-Salyan avtomobil yolunun asfalt örtüyündən keçirməklə hər zaman istifadə edib. Qədimkənd kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “Opel Astra” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan istiqamətində hərəkətdə olduğu zaman heyvan avtomobil yolunda dayanmış halda heyvanı vurmuş və məlum yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra heyvan ölmüşdür. Avtomobil sürətlə hərəkət etmiş və hərəkətdə olduğu sürətlə heyvanı vurmuşdur. Orada piyada nişanı yoxdur. Həmin vaxt hava aydın olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan şəxs Şəxs inzibati xətaya görə özünü qismən təqsirli hesab edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 19 oktyabr 2024-cü il tarixdə, saat 18:20 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Neftçala-Salyan avtomobil yolunun Salyan istiqamətində hərəkətdə olan zaman qəflətən avtomobil yoluna sağ ehtiyyat hissəsindən sahibsiz inək yolun hərəkət hissəsinə çıxmış və bir baş inəyi vurmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobilə ziyan dəymişdir. Göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış HK-1/1050 nömrəli material üzrə Neftçala rayonu, Qədimkənd kəndində yaşayan Zərərçəkmiş şəxs əməlində yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətinin tərkibi olmadığından onun haqqında cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Neftçala rayonu, 1-ci Qaralı kəndində yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından onun haqqında cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.5.1, 338.5.2 va 338.7-ci maddələrinin tərkibi olduğundan onun barəsində həmin maddələrlə iş üzrə icraat başlanaraq inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Neftçala RPŞ-nin DYPB-nə göndərilməsi, Neftçala rayonu, Qədimkənd kəndində yaşayan X1, avtomobilinə dəymiş ümumilkdə 2430 (iki min dörd yüz otuz) manat maddi ziyanın vətəndaş Şəxs tələbi ilə bağlı Neftçala rayonu, 1- Qaralı kəndində yaşayan Şəxs isə bir baş iribuynuzlu heyvanının tələf olması nəticəsində ona dəymiş 3.500 (üç min beş yüz) manat maddi ziyanın vǝtəndaş Zərərçəkmiş şəxs tələbi ilə bağlı tərəflərə mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşə əlavə olunmuş 362 nömrəli, xx.xx.2024-cü il tarixli şərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı ayıq olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda təsvir olunmuş əməli törətməsi halı işdə iştirak edən şəxsin izahatı ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-408/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-408/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver