Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-409/2022 28.11.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X8 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 1979-cu ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 29 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 12 yanvar 2022-ci ildə verilmiş 30 yanvar 2020-ci il tarixli 2(053)-62/2020 nömrəli icra sənədinə əsasən borclular X2, Şəxs və X6 tələbkar Zərərçəkmiş şəxs mülkiyyətində olan, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 100A nömrəli fərdi yaşayış evindən çıxarılmalıdırlar. Qeyd olunur ki, inzibati xəta haqqında iş Neftçala Rayon Məhkəməsinin icraatına 29 iyul 2022-ci ildə daxil olmuş və baxılmağa başlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti ilə məhkəmə iclası 11 avqust 2022-ci il tarixə təxirə salınmış, həmin iclas barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın məhkəmə iclasına gəlməməsi və gəlməmələrinin səbəbləri barədə məlumat verməmələri səbəbindən 26 avqust 2022-ci il tarixədək təxirə salınmışdır. 26 avqust 2022ci il tarixdə keçirilmiş məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şifahi vəsatət verərək Neftçala Rayon Məhkəməsinin 30 yanvar 2020ci il tarixli 2(053)-62/2020 nömrəli qətnamədən apelyasiya şikayəti verildiyini, Şirvan Apelyasiya Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(106)-1968/2021 saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin olunmadığını, Şirvan Apelyasiya Məhkəməsinin sözügedən qətnaməsindən iş üzrə cavabdehlərdən (borclulardan) biri olan anası X2 və onun vəkili X7 tərəfindən birgə kasasiya şikayəti verildiyini bildirərək məhkəmədən həmin kasasiya şikayətinə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək iş üzrə icraatının dayandırılmasını xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin 26 avqust 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın Şirvan Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 01 iyul 2021-ci il tarixli 2(106)-1968/2021 nömrəli qətnamədən verilmiş kasasiya şikayətinə baxılıb iş üzrə yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. Məhkəmənin 10 sentyabr 2022-ci il tarixli, 2(053)- 409/2022 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material üzrə dayandırılmış icraat təzələnmiş və işə məhkəmə iclasında baxılması 09 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. 09 oktyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası tələbkarın məhkəmə iclasına gəlməməsi və bununsəbəbləri barədə məlumat verməməsi səbəbindən 04 noyabr 2022-ci il tarixə, 04 noyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın məhkəmə iclasına gəlməməsi və gəlməmələrinin səbəbləri barədə məlumat verməmələri səbəbindən 21 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. 21 noyabr 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclası da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın məhkəmə iclasına gəlməməsi və gəlməmələrinin səbəbləri barədə məlumat verməmələri səbəbindən 28 noyabr 2022-ci il tarixə təxirə salınmışdır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Tələbkar Zərərçəkmiş şəxs işin məhkəmə baxışı zamanı icra məmurunun bildirdiklərinə uyğun məzmunlu izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qanunla müəyyən edilmiş tənbeh tətbiq olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı ondan icra sənədi üzrə çıxması tələb olunan fərdi yaşayış evində qeydiyyatda olduğunu, davamlı olaraq 40 ildən artıq bir müddətdə həmin evdə yaşadığını, evin vaxtilə mərhum atası tərəfindən inşa edildiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli sayılmalıdır. Belə ki, o, Neftçala Rayon Məhkəməsi tərəfindən 12 yanvar 2022-ci ildə verilmiş 30 yanvar 2020-ci il tarixli 2(053)-62/2020 nömrəli icra sənədini heç bir üzrlü səbəb olmadan bu günədək icra etməyib. Şəxs izahatından da onun qüvvədə olan məhkəmə qərarı ilə razılaşmadığı, həmin qərarın özünə aid hissədə icrası ilə bağlı tədbir görmək niyyətində olmadığı görünür. Məhkəmə icra məmurunu, tələbkarı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, icra işini və hazırkı işin materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməklə yanaşı, aşağıdakı səbəblərə görə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şəxs barəsində inzibati xəta haqqında protokol 29 iyul 2022-ci il tarixində tərtib olunub. Azərbaycan Respublikası İXM-nin 38.1 və 38.2-ci maddələrinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər”, “Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır”. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə inzibati məsuliyyətə cəlbetmə müddəti 3 aydır. İnzibati xəta haqqında protokolun 29 iyul 2022-ci ildə tərtib olunduğunu və hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsində nəzərdə tutulan əsasın mövcud olmadığını nəzərə aldıqda görünür ki, bu gün üçün yuxarıda göstərilən 3 aylıq cəlbetmə müddət keçib (hətta iş üzrə icraatın 26 avqust 2022-ci il tarixindən 10 sentyabr 2022-ci il tarixinədək dayandırıldığı nəzərə alınsa belə görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb etmə müddəti artıq keçmişdir). Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinin tələbinə görə «bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qeyd olunanlara əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs 29 iyul 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin, inzibati məsuliyyətə cəlb etmə müddəti Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə əsasən keçdiyinə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-409/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-409/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver