Məhkəmə qərarları › İş №3(053)-409/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-409/2023

19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-409/2023 19.10.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1968-ci ildə Neftçala rayonu, Novo Vasilyevka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, Kürkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 18 sentyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 08 sentyabr 2023cü il tarixli qərarından görünür ki, Şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 17.20-də Neftçala rayonu, Kürkənd kəndində qonşusu Zərərçəkmiş şəxs aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı qəsdən yumruqla və təpiklə bədəninin müxtəlif nahiyəsindən vurmaqla döyərək fiziki ağrı yetirmişdir. Şəxs qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala rayonu, Kürkənd kəndində yaşayır. Zərərçəkmiş şəxs ilə qonşudurlar. Əvvəllər qonşuluq münasibətləri çox yaxşı olmuşdur. 2023-cü ilin aprel ayında aralarında olan söz-söhbətə görə onlarla küsülüdürlər. 01 sentyabr 2023-cü il tarixdə saat 17.20-də həyətində olarkən Əsgərin açıq bədənlə həyətindən çıxaraq, küçədəki dəmir tordan hasara aldığı yerdə arvadı Arzu ilə birlikdə oturduğunu görmüşdür. Onlara yaxınlaşaraq Əskərə qonşulardan ayıb olduğu üçün köynəyini əyninə geyinməsini bildirmişdir. Sonra da onlardan ayrılıb həyətinə getmişdir. Bundan bir qədər sonra Əskərin, arvadı Arzunun və qızları Səmirənin ona yaxınlaşdığını görmüşdür. Əskər yaxşı edib açıq bədənlə gəzdiyini bildirərək, onunla əl hərəkətləri ilə danışmışdır. Bu zaman onlar əlbəyaxa olmuşlar və qarşılıqlı olaraq bir-birilərinə yumruq və təpiklə xəsarətlər yetirmişlər. Bildirir ki, hadisə vaxtı Əskəri və ya qeyrisini tüfənglə vuracağı ilə hədələməyib. Bu barədə deyilənlər həqiqətə uyğun deyil. Ümumiyyətlə onun tüfəngi yoxdur. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala rayon Kürkənd kəndində ailəsi ilə birlikdə yaşayır. Şəxs ilə qonşudurlar. Onlar arasında qonşuluq münasibətləri əvvəllər normal olmuşdur. Lakin sonradan aralarında söz-söhbətlər olmuş, münasibətlərində soyuqluq yaranmış və birbiriləri ilə küsülü olmuşlar. 01 sentyabr 2023-cü ildə saat 17.20-də arvadı Arzu ilə həyətlərində çay içərkən hava isti olduğundan əyindəki köynəyini çıxarıb əlində tutmuş, bu zaman Tərlanın onlara yaxınlaşdığını görüb köynəyini əyninə geyinmişdir. Tərlan dəmir tordan olan hasara yaxınlaşaraq nə isə demiş və çıxıb getmişdir. O, Tərlanın arxasınca çıxaraq Tərlanı səsləmiş və ondan nə dediyini soruşmuşdur. Bu vaxt Tərlan ona yaxınlaşaraq qəflətən onun qarın nahiyəsindən yumruqla vurmuşdur. Arvadı Arzu tez qaçaraq onları ayırmış və onu evə gətirmişdir. Tərlan da həyətlərinə getmişdir. Tərlan ona söyüşlə «gözlə gəlirəm» deyə bildirmiş, həmçinin evdən tüfəng götürərək onu vurmaq istəmişdir. Arvadı Tərlan vurmasın deyə onu həyətə salmışdır. Tüfəngi Tərlanın əlindən arvadı Aytən almışdır. Bundan sonra Tərlan küçəyə çıxaraq onları nalayiq küçə söyüşləri ilə söymüşdür. O, arvadı Arzu ilə birlikdə küçəyə çıxaraq Tərlandan söyüş söyməməsini tələb etmişdir. Bu zaman Tərlan anidən üzərinə hücum edərək onu yumruq və təpiklə döymüşdür. O, da özünü müdafiə etməyə məcbur olmuş və Tərlanla əlbəyaxa olarkən ona yumruq və təpiklə qarşılıq vermişdir. Tərlanla barışmadığını bildirərək, ona qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı zərərçəkmişin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar