Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-413/2024 22.11.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala Rayon Polis Şöbəsinin Dövlət yol polis bölməsinin baş dövlət avtomobil müfəttişi X1, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə xx xxxxxx 1997-ci ildə Neftçala rayonu, Bankə qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Neftçala şəhəri, M.Əsədov küçəsi ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 21 noyabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 noyabr 2024-cü il tarixli qərardan və iş üzrə toplanmış digər sənədlərdən görünür ki, Şəxs 22 oktyabr 2024-cü ildə saat 19:20-də “Vaz 21061” minik markalı 44CA259 dövlət qeydiyyat nişanlı avtomobili Neftçala şəhəri, H.Əliyev prospekti ilə A.Cəfərov küçəsinin kəsişməsi istiqamətində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan saatda 20 – 30 km sürətlə idarə edərkən yolu keçmək istəyən piyada – xx xxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuş, nəticədə sonuncu sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilən xəsarətlər almışdır. Şəxs yuxarıda təsvir olunmuş hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törədib. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, etibarnamə əsasında, sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21061” minik markalı 44CA259 dövlət qeydiyyat nişanlı avtomobili 2024-cü ilin sentyabr ayından idarə edir. Həmin avtomobili 22 oktyabr 2024-cü il tarixdə saat 19:20-də Neftçala şəhəri, H.Əliyev prospekti ilə A.Cəfərov küçəsinin kəsişməsi istiqamətində idarə edərkən əks istiqamətdən gələn tanımadığı avtomobilin uzaq işıqları gözünə düşmüş, bu səbəbdən yolu keçən piyada Zərərçəkmiş şəxs görməyib onu avtomobilinin ön hissəsi ilə vurmuşdur. Hadisədən dərhal sonra avtomobildən düşərək Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmiş, onu avtomobillə Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Orada həkimlər tərəfindən Zərərçəkmiş şəxs tibbi yardım göstərilmişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. İşin məhkəmə baxışı zamanı qanuni nümayəndəsi (atası) Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, 22 oktyabr 2024-cü il tarixdə saat 19:20-də evinə qayıdan zaman Neftçala şəhəri, H.Əliyev prospekti ilə Neftçala şəhəri, A.Cəfərov küçəsinin kəsişməsindəki piyada keçidindən keçərkən, Şəxs idarə etdiyi Vaz “21061” minik markalı avtomobillə onu gördükdən sonra avtomobilin idarəetməsini itirib onu vurmuşdur. Hadisədən sonra o, müvazinətini itirərək yerə yıxılmış və sağ qulaq nahiyəsindən xəsarət almışdır. Şəxs onun xəsarət aldığını gördükdən sonra ona ilkin tibbi yardım göstərmiş, daha sonra idarə etdiyi avtomobillə onu Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada da həkimlər ona tibbi yardım göstərmişlər. Zərərçəkmiş şəxs həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 04 noyabr 2024-cü il tarixli 220 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ qulaq seyvanın arxa nahiyəsinin yarası küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə minik maşınının vurması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir». Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və zərərçəkmiş şəxsin qanuni nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı tam sübuta yetirilmişdir. Ona görə də Şəxs həmin maddə ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini səmimi etiraf etməsi və peşman olması, zərərçəkmiş şəxsin və sonuncunun qanuni nümayəndəsinin ona qarşı şikayətinin və tələbinin olmaması, Vətən Müharibəsi iştirakçısı olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-413/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-413/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver