Məhkəmə qərarları › İş №3(053)-419/2025

Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-419/2025

22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-419/2025 22.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 12 sentyabr 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. İş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, inzibati xəta haqqında protokol və ona edilmiş sənədlər aşağıdakı səbəblərə görə aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən «İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər». «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs «Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94, ev 5, mənzil 76»da qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hərəkətsizlik formasında həyata keçirildiyi üçün onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin icra edilməli yer hesab olunur. Bu baxımdan, hazırkı inzibati xətanın törədildiyi yer fiziki şəxsin qeydiyyatda olduğu yer hesab olunur. Ona görə də Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi yer kimi Bakı şəhəri, Sabunçu rayonu qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 112.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxılarkən «Bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır». Həmin Məcəllənin 114.3-cü maddəsinə əsasən «İnzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır». Göstərilənlərə əsasən inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 110-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar