Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-447/2023 01.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə 24 aprel 1980-ci ildə Lerik rayonu, Murya kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Qədimkənd kəndində qeydiyyatda olan, Neftçala rayonu Aşağı Surra kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 01 noyabr 2023-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş 30 iyul 2018-ci il tarixli 2(102)-5176/18 nömrəli icra vərəqəsinə əsasən Biləsuvar Rayon Məhkəməsinin 01 iyul 2011-ci il tarixli 2(022)-461/2011 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 06 iyul 2006-cı il təvəllüdlü X4 və 18 sentyabr 2008-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay, hər uşağa görə 100 manat sabit pul məbləğində olmaqla, iki uşaq üçün cəmi 200 manat müəyyən edilmişdir. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, borclu isə Şəxsdur. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya qərar və bildiriş təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakı və gəliri müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmuru həmçinin qeyd edir ki, Şəxs aliment borcundan bu gün 2.000 manat ödəniş edib. Bu ödənişdən sonra onun aliment borcu 6.190 manat təşkil edir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı aliment borcunun vaxtlı-vaxtında ödəməməsini maddi vəziyyəti ilə izah etmişdir. Həmçinin o, qeyd etmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Başqa şəxsin təsərrüfatında çobanlıq edir və təsərrüfat sahibi tərəfindən ona aylıq əmək haqqı olaraq cəmi 250 manat pul verilir. Digər tərəfdən ikinci dəfə ailə qurmuş və yeni ailəsindən də 3 uşağı vardır. Qeyd edilən səbəblərdən kifayət qədər maddi çətinlikləri vardır. Ona görə də tələbkara olan borcunu tam ödəyə bilmir. Buna baxmayaraq maddi imkanının yol verdiyi qədər müntəzəm şəkildə hər ay 70 manat ödəniş etmişdir. Bu gün isə atasının maddi köməkliyi və özünün borcla əldə etdiyi pulu toplayaraq ümumilikdə 2.000 manat məbləğində ödəniş etmişdir. Hər ay davamlı şəkildə 250 manat məbləğində ödəniş edəcəyinə söz verir və qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş 01 noyabr 2023-cü il tarixli N ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, Şəxs (Ödəyən/Göndərən) tərəfindən Zərərçəkmiş şəxs (Alan) Azərpoçt MMC vasitəsilə 2.000 manat məbləğində köçürmə edilmişdir. «AZEMİS» Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş borclu Şəxs aid qohumluq məlumatlarından görünür ki, borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 adlı uşaqları (tələbkarla nikahından doğulmuş uşaqlarından başqa) var. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Onun bu gün üçün aliment borcu 6.190 manat təşkil edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, Şəxs aliment borcundan bu gün 2.000 manat ödəniş etməsi, digər nikahından himayəsində 3 nəfər yetkinlik yaşına çatmamış uşağının olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 01 noyabr 2023-cü il saat 17.10-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-447/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-447/2023
01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver