Məhkəmə qərarları › İş №3(053)-459/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-459/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-459/2023 17.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 03 avqust 1965-ci il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi əməklə məşgul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim edilmiş 20 oktyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Şəxs 1 ədəd 16 çaplı, «İJ» markalı, tək lüləli, lülə nömrəsi silinmiş yivsiz ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan daşımışdır. Həmin silah 20 oktyabr 2023-cü il tarixdə, saat 10:30-da Neftçala rayonu, Xolqarabucaq kəndində Neftçala RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı ondan aşkar edilərək götürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 20 oktyabr 2023-cü il tarixdə Neftçala rayonu, Xolqarabucaq kəndində Neftçala Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən çiynində ov tüfəngi olarkən saxlanılıb. Həmin tüfəng ona atasından yadigar qalıb və tüfəngə dair heç bir rəsmi sənədi yoxdur. O, ov tüfəngini sənədləşdirmək istəsə də bacarmayib və atasından yadigar qaldığı üçün polisə könüllü təhvil verməmişdir. Tüfəngdən vəhşi heyvanları qorxutmaq üçün istifadə etmişdir. Hazırda törətdiyi əmələ görə peşmandır. Xahiş edir ki, ona qanunla nəzərdə tutulmuş qaydada köməklik edilsin. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları və inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafı ilə Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməsi halı təsdiq olunur. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə edilsin. Neftçala RPŞ-də saxlanılan 01 (bir) ədəd 16 çaplı, «İJ» markalı, tək lüləli, lülə nömrəsi silinmiş yivsiz ov silahı müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar