Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-459/2024 13.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1960-cı il tarixdə Neftçala rayonu, Böyük Oryad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 13 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 05 dekabr 2024-cü il tarixində, saat 17 radələrində alkoqol sərxoşluğu vəziyyətində əvvəllər həyətində usta kimi işlədiyi, Neftçala şəhər sakini Zərərçəkmiş şəxs azyaşlı oğlu Mehman Səfərovun arxasınca Neftçala şəhəri İnteqrasiya tipli internat Gimnaziyasına gedərək, həmin məktəbdə mühafizəçi işləyən X1, Mehmanını onun oğlu olduğunu deyərək, Rəşadə Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2014-cü ildən Rəşadənin həyətində usta kimi işləmişdir. Rəşadə ilə münasibəti yaxşı olmuşdur. Həbs olmamışdan əvvəl Rəsadə oğlu Mehmanın ona oxşaması və onu çox istəməsini bildirmişdir. 2018-ci ildə Rəşadənin qonağının avtombilini, qisqanclıq zəminində Rəşadənin həyətində yandırdığına görə Neftçala Rayon Məhkəməsi tərəfindən 4 il müddətinə həbs edilmişdir. 2022-ci ildə cəza müddəti qurtarandan sonra həbsdən azad edilmişdir. Həmin vaxtdan Rəşadəni görməmişdir. 05 noyabr 2024-cü ildə nahar edərkən evdə 0,5 litr araq içmişdir. Rəşadənin, oğlunun ona oxşamasını deməsi yadına düşmüş və sərxoş vəziyyətdə İnternat məktəbinə getmişdir. Orada mühafizəçi onun qarşısını kəsərək nə istədiyini bildirəndə, o da oğlunun arxasınca gəldiyini demişdir. Sonradan bilmişdir ki, Rəşadə ondan Neftçala RPŞ-yə şikayət etmişdir. Sərxoş olduğu üçün İnternat məktəbinə getməsi yadına gəlmir və orada hansı hadisələrin baş verməyindən də xəbəri olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs verdiyi izahatında ünvan 2 ünvanda azyaşlı oğlu Mehman ilə birlikdə yaşadığını bildirmişdir. Qeyd edir ki, Neftçala şəhərində yaşayan Şəxs tanıyır. Onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 2018-ci ildə özünə dikdirdiyi fərdi yaşayış evinin həyətində yardımçı tikililər tikdirmək üçün usta axtarmış, ona İbrahimin yaxşı usta olduğunu bildirmişlər. O da İbrahimi çağırıb görüləcək işləri ona göstərmişdir. İbrahimə işdə olacağını, yeməyini verəcəyini bildirmişdir. O, hər işdən gələndə İbrahimin iş görmədiyini, içib sərxoş vəziyyətdə yatdığını görəndə onu qovaraq, başqa usta gətirərək işlərini gördürmüşdür. Həmin vaxtdan sonra İbrahim gecələr, gizlincə onun həyətinə keçərək işıqlarını söndürür, ona ziyanlıq etmişdir ki, görüləcək işi ona versin. 2018-ci ildə İbrahim onun evinə gələn qonağın avtomobilini yaşadığı fərdi yaşayış evinin həyətində yandırdığına görə 4 il azadlıqdan məhrum edilmişdir. 2022-ci ildə həbsdən çıxandan sonra, ona bir iki dəfə zəng etsə də İbrahimə cavab verməmişdir. Bu barədə Neftçala RPŞ-yə ərizə ilə müraciət də etmişdir. Azyaşlı oğlu Mehman Neftçala şəhəri İnteqrasiya tipli İnternat Gimnaziyasının 3-cü sinifində oxuyur. Hər gün məktəbə gedərək övladını götürüb evə aparmışdır. İbrahim hardansa onun hər gün İnternat məktəbinə getməyini öyrənmişdir. xx.xx.2024-cü il tarixdə oğlu Mehmanı səhər saat 08:00-da məktəbə aparan zaman, məktəbdə gözətçi işləyən Seyid adlı şəxs ona İbrahimin əlində balta ilə İnternat məktəbinin giriş qapısına gələrək onu soruşduğunu bildirmişdir. O da xoşagəlməz hadisələrin baş verməməsi üçün İbrahimin hərəkətləri barədə Neftçala RPŞ-yə ərizə ilə müraciət etmişdir. Şəxs 2022-ci ildə həbsdən gələndən sonra ona bir neçə dəfə zəng etsə də İbrahimə cavab verməmişdir. Həbs olunan gündən, bu günə kimi İbrahimi görməmişdir. Lakin İbrahim hər yerdə onun barəsində “yüngül həyat tərzi keçirən qadındır” kimi danışmışdır. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı özünün və zərərçəkmiş şəxsin izahatı ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərəçəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin orta dərəcəli sərxoş olması iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Şəxs əməlinin xarakterini, onun şəxsiyyətini, habelə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit olunmuş məqsədlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə təyin olunmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyil. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 13 dekabr 2024-cü il, saat 17:10-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-459/2024
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-459/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver