Məhkəmə qərarları › İş №3(053)-460/2024

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-460/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-460/2024 17.12.2024 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1996-cı ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Neftçala şəhəri, 28 May küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 17 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 14 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Şəxs 30 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisə zamanı yumruqla və sillə ilə vurmaqla döyərək fiziki ağrı yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhəri, 28 May küçəsində yaşayır. Zərərçəkmiş şəxs özünəməxsus «Mercedes Benz» markalı avtomobilini 05 sentyabr 2024-cü il tarixdə 45 gün ərzində təmir olunaraq boyanması üçün ona verərək, bunun müqabilində 1.100 manat məbləğində pula razılaşmışdır. O, Rahimin avtomobilini boyamış, lakin avtomobil boyandıqdan sonra əlavə nöqsanlar olduğu üçün avtomobilin təkrar olaraq boyanmasına ehtiyac olmuşdur. 30 oktyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona məxsus olan boya sexinə gələrək onunla mübahisə etməyə başlamış, nalayiq söyüşlər söyərək onu təhqir etmişdir. Həmin vaxt o da əsəblərinə hakim ola bilməyərək yumruqla Rahimin üzünə vurmuşdur. Törətdiyi inzibati xətaya görə peşmandır. Zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Neftçala şəhəri, M.Ə.Sabir küçəsində ailəsi ilə birlikdə yaşayır. Özünəməxsus «Mercedes Benz» markalı avtomobilini 05 sentyabr 2024-cü il tarixdə boyanması üçün Anar adlı ustaya vermişdir. O, avtomobilin boyanması qarşılığında Anarla 1.100 manat məbləğində pula razılaşmışdır. Həmin pulun 800 manatını isə ona ödəməmişdir. Anar onun avtomobilini 45 gün ərzində boyayıb ona təhvil verməli olduğu halda avtomobili bu vaxt ərzində boyamamışdır. Buna görə də Anarın yanına gedib gecikmənin səbəbi barədə ondan soruşduqda, o, heç bir səbəb olmadan onunla mübahisə etmiş, onu nalayiq sözlərlə təhqir edərək yumruqla üz nahiyəsinə vurmuşdur. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. 04 noyabr 2024-cü il tarixli 221 nömrəli ekspert rəyinin nəticəvi hissəsində qeyd olunur ki, «1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ qulaq seyvanın arxa səthinin sıyrığı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla və sillə ilə vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir». Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs və Zərərçəkmiş şəxs barışdıqlarını bildirirlər. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən «Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar