Məhkəmə qərarları › İş №3(053)-462/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-462/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-462/2023 22.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X5, qərarından şikayət verilmiş şəxs Neftçala Rayon İcra Hakimiyyəti başçısı X16 məsləhətçisi X6 iştirakı ilə Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 26 sentyabr 2023-cü il tarixli qərarından X5 şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilmişdir. Bu qərar Neftçala Rayon Polis Şöbəsinin vəzifəli şəxsi tərəfindən 06 sentyabr 2023cü il tarixli, MN seriyalı,1780050 nömrəli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmişdir. X10 həmin qərardan şikayət vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X10 işin məhkəmə baxışı zamanı şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirmişdir ki, Neftçala Rayon İcra Hakimiyyətinin 26 sentyabr 2023-cü il tarixli qərarı ilə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Neftçala Rayon İcra Hakimiyyətinin 26 sentyabr 2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ona aid hissədə ləğv edilməli və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Qeyd edir ki, Neftçala Rayon İcra Hakimiyyətinin 26 sentyabr 2023-cü il tarixli qərarını poçt vasitəsilə 27 oktyabr 2023-cü il tarixdə almışdır. Bildirir ki, bitişik olmaqla ünvan 4ndə 350 kv.metr və ünvan 5ndə 450 kv.metr torpaq sahələri Neftçala Bələdiyyəsinin müvafiq olaraq 20 fevral 2006-cı il tarixli qərarlarına əsasən anası X1. Torpaq sahələri tamamilə boşdur və torpaq sahələrində heç bir tikinti işləri aparılmamışdır. Torpaq sahəsinin qonşuluqda yerləşən digər torpaq sahələri ilə sərhəddində yalnız mişar daşları ilə hündürlüyü 200 santimetr həddində hasar çəkilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.3-cü maddəsinə əsasən hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb edilmir. Göründüyü kimi hündürlüyü 200 santimetr olan hasarın çəkilməsi üçün icazə tələb edilmir. Bundan əlavə torpaq sahəsi anasına məxsus olduğu halda Neftçala Rayon İcra Hakimiyyəti necə müəyyən etmişdir ki, qeyd edilən hasar onun tərəfindən çəkilmişdir? Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyəti orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Neftçala Rayon İcra Hakimiyyətinin nümayəndəsi X12 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, həqiqətən də X5 bərəsində Neftçala Rayon Polis Şöbəsi tərəfindən Neftçala şəhəri, H.Əliyev prospektində qanunsuz olaraq tikinti işləri apardığı üçün Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2023-cü il tarixli məktubla baxılması üçün Neftçala Rayon İcra Hakimiyyəti yanında X22 Komissiyaya göndərilmişdir. İnzibati xəta haqqında işə 26 sentyabr 2023-cü il tarixdə Komissiya tərəfindən baxılmış və həmin tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən X10 (müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan tikinti obyektlərinin inşa edilməsinə görə) 800 manat məbləğində cərimə olunmuşdur. Təyin edilmiş cəriməni 1 (bir) ay müddətinə dövlət büdcəsinə ödəyib, nəticəsi barədə rayon İcra Hakimiyyətinə məlumat verməsi barədə X5 ünvanına xəbərdaredici məktub göndərilmişdir. Neftçala RPŞ-nin məktubu, MN seriyalı, ******* nömrəli qərarı və MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolu, Ə.Hümbətovun izahatı, Fövqaladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin qərar və məktubları əsasənda İnzibati Xətalar Komissiyası tərəfindən 26 sentyabr 2023-cü il tarixli qəbul olunmuşdur. Qeyd edir ki, X5 mübahisələndirdiyi torpaq sahəsi dövlət torpaqlarına aiddir. O, həmin ərazidə qanunsuz olaraq tikinti işləri apardığından müəyyən edilmiş prosessual qaydalar pozulmuşdur. X10 barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə qərar qəbul edilməsinin səbəbi də məhz bu prosessual pozuntularla bağlıdır. Bu səbəbdən X10 tərəfindən verilmiş şikayətin rədd olunmasını xahiş edir. Proses iştirakçılarını dinləyib, işin faktik hallarını araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, şikayət təmin olunmalıdır. İşin faktik hallarından görünür ki, X10 heç bir yerdə işləmir, fərdi sahibkarlıqla məşğuldur. O, şikayətinə məhkəmədə baxılması zamanı bildirmişdir ki, bitişik olmaqla ünvan 4ndə 350 kv.metr və ünvan 5ndə 450 kv.metr torpaq sahələri Neftçala Bələdiyyəsinin müvafiq olaraq 20 fevral 2006-cı il tarixli qərarlarına əsasən anası X2, torpaq sahələri tamamilə boşdur və torpaq sahələrində heç bir tikinti işləri aparılmamışdır. Həmin ərazinin dövlət torpağına aid olması ona bildirilməmiş, Neftçala Bələdiyyəsi tərəfindən anası Şahnaz Hümbətovanın adına olan torpaq sahəsi kimi verilmişdir. Həmin torpaq sahəsində tikinti işləri aparmamış, qonşuluqda yerləşən digər torpaq sahələri ilə sərhəddində yalnız mişar daşları ilə hündürlüyü 200 santimetr hündürlüyü həddində hasar çəkilmişdir. Neftçala Bələdiyyəsinin göstərişi əsasında anasına verilmiş torpaq sahəsinin sərhəddində hasar çəkmə işlərini o icra edib (onun təkbaşına və müvafiq göstəriş olmadan yuxarıda qeyd olunan işləri görə biləcəyi ağlabatan deyil). Belə olan halda məsuliyyətə nəyə görə müvafiq hüquqi şəxsin və ya göstərişi vermiş vəzifəli şəxsin deyil, məhz X5 cəlb edildiyi sual doğurur. Bu sualdan irəli gələn məsələlər inzibati xəta haqqında iş üzrə protokol tərtib edilərkən və qərar verilərkən araşdırılmamışdır. Məhkəmə hesab edir ki, həmin halların araşdırılması iş üçün mühüm əhəmiyyət kəsb edir və bu araşdırma iş üzrə fərqli qərarın qəbul edilməsi ilə nəticələnə bilər. xx.xx.2022-ci il tarixli tədiyyə bildirişi və mədaxil qəbzindən, eyni zamanda xx.xx.2023-cü il tarixli tədiyə bildirişindən və mədaxil qəbzindən görünür ki, vergi ödəyicisi X3 Bələdiyyəsinin hesabına xx.xx.2022-ci il tarixədək 2,48 manat, xx.xx.2022-ci il tarixədək 2,48 manat vergi ödəməli, ödəniləcək məbləğ 3,91 manat, xx.xx.2023-cü il tarixədək 3 manat, xx.xx.2023-cü il tarixədək 3 manat vergi ödəməlidir. xx.xx.2023-cü il tarixdə X14 tərəfindən Neftçala bələdiyyəsinin hesabına 1,05 manat bələdiyyə torpaq vergisi ödənilmişdir. Neftçala Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 228 №-li məktubundan və yerləşmə planı və kordinatlardan görünür ki, Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün X11 verilmiş 350 kv.metr torpaq sahəsinə dair vətəndaşın mülkiyyət hüquqlarının Dövlət Reyestrindən qeydiyyata alınmasına etiraz edilməmiş və Neftçala rayonunun Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı Qərarı hal-hazırda öz qüvvəsindədir. Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən X11 Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 №-li qərarı ilə həyətyanı məqsədi üçün ayrılan 0,035 ha torpaq sahəsinin Yerləşmə Planı və kordinatları verilmişdir. Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli aktından, xx.xx.2006-cı il tarixli 02 saylı iclası protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair aktların surətindən görünür ki, Neftçala şəhər sakini X11 ərizəsinə əsasən fərdi yaşayış evi tikmək üçün ünvan 4ndə bələdiyyə torpaq fondundan 160 kv. metrinin qiyməti 40 manat olmaqla, 350 kv.metr torpaq sahəsi cəmi 140 manata qanunvericiliyə uyğun olaraq xüsusi mülkiyyətə satılsın. Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdirinin Neftçala Bələdiyyəsinin sədrinə ünvanladığı rəyinin surətindən görünür ki, Neftçala şəhər sakini X11 fərdi yaşayış evi tikmək üçün bələdiyyənin ünvan 4 ünvanında 350 kv.metr torpaq sahəsinin ayırmasına etiraz edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin rəyində də torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılmasına etiraz edilməmişdir. Neftçala Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 59 №-li məktubundan və yerləşmə planı və kordinatlardan görünür ki, Neftçala rayonu Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı iclas protokolunun çıxarışına əsasən fərdi yaşayış evi tikmək üçün X11 verilmiş 450 kv.metr torpaq sahəsinə dair vətəndaşın mülkiyyət hüquqlarının Dövlət Reyestrindən qeydiyyata alınmasına etiraz edilməmiş və Neftçala rayonunun Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 02 saylı Qərarı hal-hazırda öz qüvvəsindədir. Neftçala şəhəri, H.Əliyev prospektində yerləşən X11 Neftçala bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 №-li qərarı ilə həyətyanı məqsədi üçün ayrılan 0,045 ha torpaq sahəsinin Yerləşmə Planı və kordinatları verilmişdir. Neftçala Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli aktından, xx.xx.2006-cı il tarixli 02 saylı iclası protokolundan çıxarışdan və torpaqların alqı-satqısına dair aktların surətindən görünür ki, Neftçala şəhər sakini X11 fərdi yaşayış evi tikmək üçün ərizəsinə əsasən ünvan 5ndə bələdiyyənin ehtiyat fonduna aid olan perespektiv inkişaf üçün nəzərdə tutulan ərazidən 450 kv.metr torpaq sahəsi qanunvericiliyə uyğun olaraq xüsusi mülkiyyətə ayrılması üçün verilmişdir. Tikinti altına torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılması barədə Rayon İcra Hakimiyyəti Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdirinin Neftçala Bələdiyyəsinin sədrinə ünvanladığı rəyinin surətindən görünür ki, Neftçala şəhər sakini X11 fərdi yaşayış evi tikmək üçün bələdiyyənin ünvan 5 ünvanında 450 kv.metr torpaq sahəsinin ayırmasına etiraz edilməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Neftçala rayon şöbəsinin xx.xx.2006-cı il tarixli rəyində də torpaq sahəsinin xüsusi mülkiyyətə ayrılmasına etiraz edilməmişdir. İşə əlavə edilmiş kassa mədaxil orderlərinin 416343 və 704477 nömrəli qəbzlərinin surətlərindən görünür ki, hər iki torpaq sahələri üzrə X14 tərəfindən Neftçala Bələdiyyəsinin hesabına ümumilikdə 300 manat ödəniş edilmişdir. İşə əlavə olunmuş fotoşəkildən görünür ki, mişar daşaları ilə 12 daş hündürlüyündə hasara alınmış, dəmir darvaza qoyulmuş ərazidə söküntü işləri aparılmışdır. Neftçala Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubu əsasında X10 barəsində İnzibati Xətalar Komissiyası tərəfindən qəbul edilmiş 26 sentyabr 2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş sənədlər Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Neftçala Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və əlavə olunmuş aktdan görünür ki, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə monitorinq aparılan zaman Neftçala şəhəri, H.Əliyev prospektində (X=3491514, Y=4360996 saylı koordinatlar) yerləşən 0,06 hektar torpaq sahəsində ünvan 7 ünvanında yaşayan X10 tərəfindən hasarlama işlərinin aparılması faktı aşkarlanmış, Ə.Hümbətova hasarlama aparılan ərazinin elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid olduğundan, təqdim etdiyi sənədlərin isə bələdiyyə mülkiyyətindən ayrılması qanunvericiliyin tələblərinə zidd olduğundan sənədlərin qanuni olub-olmaması ilə bağlı araşdırma aparılmasına ehtiyac yaranmış, tikintinin dayandırılması ilə bağlı xəbərdarlıq olunmuşdur. Lakin o, tikintini davam etdirəcəyini bildirmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, vətəndaş Ə.Hümbətov tərəfindən özbaşına tikinti işlərinin aparılmasının qarşısının alınması, Ə.Hümbətovla müvafiq izahat işlərinin aparılmasına köməklik göstərilməsi və onun barəsində qanunvericiliyin tələbləri çərçivəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi Neftçala Rayon Polis Şöbəsindən xahiş edilmiş və məktuba xx.xx.2023-cü il tarixli akt əlavə edilmişdir. Neftçala Rayon Polis Şöbəsində izahatı alınmış Əlqulu Hümbətov bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin ona göndərdiyi məktubla tanış olmuş, lakin orada yazılanlar heç bir halda həqiqəti əks etdirmədiyindən bu tikinti ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinə müvafiq məktub göndərərək həmin ərazidə tikinti aparacağını bildirmişdir. Neftçala Rayon Polis Şöbəsinin İTB-nin rəisi X13 06 sentyabr 2023-cü il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, vətəndaş X20 şəhəri, H.Əliyev prospektində müvafiq orqanlardan heç bir icazə almadan qanunsuz tikinti işləri aparmaqla Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. Bu fakt Neftçala rayon İH-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlərlə təsdiq edilir. Neftçala Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Neftçala Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan və əlavə olunmuş aktdan görünür ki, “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın tələblərinin təmin edilməsi ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən Neftçala şəhəri ərazisində aidiyyəti qurumların nümayəndələri ilə birlikdə reyd keçirilərkən ünvan 7 ünvanda yaşayan X8 tərəfindən Neftçala şəhəri, Heydər Əliyev prospektində, Neftçala şəhər inzibati ərazi dairəsi nümayəndəliyinin inzibati binasının arxasında Dövlət mülkiyyətinə aid torpaq sahəsində həyətyanı sahənin hasarlanması məqsədilə 500 (beş yüz) ədəd mişar daşının tökülməsi faktı aşkarlanmışdır. Ə.Hümbətovdan müvafiq sənədləşmə işləri aparılmadan tikinti işlərinin aparılmasının qanunsuz olduğu, eləcə də tikinti aparmaq məqsədilə əraziyə gətirdiyi mişar daşlarının götürməsi tələb edilmişdir. Lakin o, tikinti materiallarını ərazidən götürməyəcəyini və qısa zaman ərzində tikinti işləri aparacağını bildirmişdir. Qeyd edilənlər nəzərə alaraq, vətəndaş Ə.Hümbətov tərəfindən özbaşına tikinti işlərinin başlanılmasının qarşısının alınması, eləcə də Dövlət mülkiyyətinə aid torpaq sahəsindəki əraziyə gətirdiyi mişar daşlarının götürməsi məqsədilə Ə.Hümbətovla müvafiq izahat işlərinin aparılmasına köməklik göstərilməsi və onun barəsində qanunvericiliyin tələbləri çərçivəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsi Neftçala Rayon Polis Şöbəsindən xahiş edilmiş və məktuba xx.xx.2023cü il tarixli akt və akta (fotoşəkildə mişar daşlarının hasar çəkilmiş əraziyə yığıldığı əks olunub) fotoşəkil əlavə edilmişdir. X4 Rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 290 №-li məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Neftçala rayonunun inzibati ərazisində torpaqların elektron kadastr uçotu işinin 2018-ci il iyul ayının nəticələri və təhlilinə uyğun olaraq, Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Neftçala şəhər İnzibati ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının arxasındakı 1300 (bir min üç yüz ) kv.m torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir. İş materiallarına həmçinin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu və inzibati xəta haqqında işin aidiyyatı üzrə göndərilməsi barədə 06 sentyabr 2023-cü il tarixli qərardadı əlavə edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Neftçala Rayon İcra Hakimiyyəti yanında İnzibati Xətalar Komissiyasının 26 sentyabr 2023-cü il tarixli qərarında ünvan 7, mənzil 48-də yaşayan X10 barəsində 08 sentyabr 2023-cü il tarixli, ******* nömrəli protokol nəzərə alınmaqla qərar qəbul edilmiş, lakin iş materiallarında MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun 06 sentyabr 2023-cü il tarixdə tərtib edildyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 79.1.1, 79.1.2 və 79.1.3-cü maddələrinə əsasən “Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur”, “hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin”, “xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların” və “hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur. Həmin Məcəllənin 80-ci maddəsinin məmununa görə Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü "0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən va fasadlardan ibarət memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X5 barəsində Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş sənədlər əsasında inzibati xəta haqqında protokol tərtib edilərkən işin halları düzgün araşdırılmamış və yuxarıda qeyd olunan qanunvericiliyin müddəaları pozulmadığı halda şəxs əsassız olaraq inzibati məsuliyyətə cəlb edilərək barəsində müvafiq protokol əsasında qərar qəbul edilərək 800 manat miqdarında cərimə edilmişdir. Həmçinin müəyyən olunur ki, cərimə tətbiq edən müvafiq icra hakimiyyəti orqanı mübahisələndirilən ərazidə aparılan tikinti işlərinin, yəni hasarlanmanın tikintisinə icazə verilən hündürlükdən artıq olmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən «bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda» inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən «inzibati xəta tərkibi olmadıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin olunsun. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat miqdarında cərimə edilməsi ilə bağlı Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin 26 sentyabr 2023-cü il tarixli qərarı X7 aid hissədə ləğv edilsin və işin icraatına xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar