Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-470/2023 23.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, Neftçala rayon X13 yol polis bölməsi yol patrul xidməti inspektoru X1 iştirakı ilə, Neftçala RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 oktyabr 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərarından X5 şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsi 16 oktyabr 2023-cü il tarixdə X9 barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 348-ci maddələri ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş, eyni şöbənin başqa vəzifəli şəxsinin 26 oktyabr 2023-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 329.3 və 348-ci maddələri ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilmişdir. X9 həmin qərardan şikayət vermişdir. X9 şikayətində göstərilənlərə uyğun məzmunlu izahat verərək işin məhkəmə baxışı zamanı bildirmişdir ki, barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, 16 oktyabr 2023cü il tarixdə saat 11:57-də idarə etdiyi “Opel Astra minik” markalı 01CB590 dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçala rayonunda yerləşən yanacaq doldurma məntəqəsindən çıxarkən Neftçala rayon yol polis əməkdaşı X3 tərəfindən saxlanılaraq yol hərəkəti qanunvericiliyinin pozulmasına görə inzibati qaydada cərimə olunmuşdur. Həmin inzibati protokolla razı deyil. Bunun təsdiqi kimi həmin protokola imza etməmişdir. Barəsində tərtib olunmuş protokolun qanunvericiliyin tələblərinə uyğun olubolmamasından əmin olmaq, habelə məsələnin ictimailəşdirilməsi məqsədilə “ARAZ” radiostansiyasında yayımlanan “Düzgün hərəkət” verlişinə 26 oktyabr 2023-cü il tarixdə zəng etmiş və aparıcı-ekspert Ərşad Hüseynovla 7 dəqiqə bu məsələni müzakirə etmişlər. Ekspertin də birmənalı rəyi ondan ibarət olmuşdur ki, onun barəsində tərtib olunan protokol əsassız və qanunazidd tərtib olunub. Yazılan protokolun mübahisə yaratması səbəbindən o Neftçala rayon yol polis bölməsinə dəvət olunmuş və orada polis mayoru X8 bütün iradlarını bildirmişdir. O, avtonəqliyyat vasitəsində təhlükəli yük daşımaqda günahlandırılsa da bu həqiqəti əks etdirmir. Bununla yanaşı Yol polis xidməti əməkdaşları ona məxsus avtomobildə ümumiyyətlə hansı yükün daşındığından xəbərləri olmayıb (yük müəyyənləşdirilməyib). Yükün miqdarı da YPX əməkdaşları tərəfindən müəyyənləşdirilməmişdir. Bundan əlavə, avtonəqliyyat vasitəsi saxlanılarkən və inzibati xəta haqqında protokol tərtib olunarkən mövcud qanunvericiliyin bir sıra tələbləri pozulmuşdur. O idarə etdiyi avtomobilin yük yerində standartlara uyğun qablarda dizel yanacağı daşımışdır. Yanacaq hər biri 30 litrdən ibarət olan 2 ədəd qapalı qabda olmuşdur. Dostunun traktoru əkin sahəsində yanacaqsız qaldığı üçün onun xahişi ilə yanacaq aparmışdir. Buna baxmayaraq, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və qərar qəbul edilərək cərimələnmişdir. Həmçinin qeyd edir ki, 44 günlük Vətən müharibəsi başlayan andan sonuncu günə kimi cəbhədə olmuş və bir sıra medallarla təltif edilmişdir. Prezident təqaüdçüsüdür. Göstərilənlərə əsasən şikayətinin təmin olunmasını xahiş edir. Neftçala Rayon X13 yol polis bölməsinin yol patrul xidməti inspektoru X3 məhkəmə baxışı zamanı bildirmişdir ki, X9 16 oktyabr 2023-cü il tarixdə saat 11:57-də idarə etdiyi “Opel Astra minik” markalı 01CB590 dövlət qeydiyyat nişanlı avtomobili ilə Neftçala rayonunda yerləşən yanacaq doldurma məntəqəsindən çıxarkən dönmə işığından istifadə etmədiyi üçün tərəfindən saxlanılmışdır. Onu saxlayarkən minik avtomobilində yanacaq qablarını görmüş və təhlükəli yüklərin daşınması qaydalarını pozulması ilə bağlı bu barədə inzibati protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 və Neftçala Rayon X13 yol polis bölməsinin yol patrul xidməti inspektoru X2 dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət qismən təmin olunmalıdır. Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X7 26 oktyabr 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı ilə X9 Azərbaycan Respublikası İXM-nin 329.3 və 348-ci maddələri ilə təqsirli bilərək 100 manat miqdarında cərimə edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, o, 16 oktyabr 2023-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. Həmçinin, protokol tərtib olunarkən avtomobildə hansı miqdarda yükün olması, necə qablaşdırlması və olan yükün təhlükəli yüklərə aid olub- olmamasının araşdırılması müşahidə olunmur. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xətanın baş verdiyini sübuta yetirilməsi üçün kifayət edə biləcək sübutlar toplanmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 yanvar tarixli, 10 nömrəli «Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması Qaydaları»nın 1.2-ci bəndinə əsasən «Bu Qaydalar xüsusi tələblə və təlimatla daşınan hərbi təyinatlı maddə və məmulatlara, eləcə də, «Təhlükəli yüklərin sinifləri. Təsnifatı. Təhlükə nişanları»nda nəzərdə tutulmuş 9.2 sinifaltına* aid məmulatların, həmçinin məhdud miqdarda təhlükəli maddə və məmulatların (güclü təsirə malik zəhərləyici və partlayıcı maddə və məmulatlar istisna olmaqla) daşınmasına aid edilmir. Bir avtomobil nəqliyyatı vasitəsi ilə** məhdud miqdarda təhlükəli maddə və məmulat təhlükəsiz yük kimi daşına bilər. Bu zaman həmin təhlükəli maddə və məmulatın miqdarı «Təhlükəli yüklərin beynəlxalq avtomobil yolları ilə daşınması» (TYBAYD) barədə BMT-nin Avropa Sazişinin müddəaları***, həmçinin digər müvafiq normativ sənədlərin tələbləri əsasında təsbit edilir və müəyyən növ təhlükəli yüklərin daşınması şərtlərində qeyd olunur (əlavə 3). Məhdud miqdarda təhlükəli maddə və məmulatın daşınması zamanı onların qabları, qablaşdırılması, qabların nişanlanması və s. üzrə müvafiq tələblərə əməl edilməlidir. Məhdud miqdarda təhlükəli maddə və məmulatları daşıyan nəqliyyat vasitələrində bu Qaydalarda nəzərdə tutulan digər təhlükəli yüklər daşınmamalıdır». Həmin Qaydaların 1.3-cü bəndinə əsasən «Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər təhlükəli yüklərin daşınması üzrə fəaliyyət növünə X11 X4 və Dağ-Mədən Nəzarəti Komitəsindən (Dövlətdağmədəntexnəzarət Komitəsi) xüsusi razılıq (lisenziya) almalıdır». Təhlükəli yüklər haqqında əsas məlumatlarda aşağıdakılar qeyd edilir: Müvafiq dövlət standartları «Təhlükəli yüklər. Təsnifatı. Təhlükə nişanları» üzrə tələblərə müvafiq olaraq təhlükəli yüklərə — daşınma, yükləmə, boşaltma işləri və saxlama zamanı partlayışa, yanğına, yaxud nəqliyyat vasitələrinin, anbarların, qurğuların, bina və tikililərin zədələnməsinə, həmçinin insan və heyvanların məhvinə, xəsarət almasına, zəhərlənməsinə, yanıqlar almasına və ya xəstələnməsinə səbəb olan maddə və əşyalar aid edilir. Təhlükəli yüklər aşağıdakı siniflərə bölünür:* 1-ci sinif — partlayıcı maddələr; 2-ci sinif — təzyiq altında sıxılmış, maye halına salınmış, həll olunmuş qazlar; 3-cü sinif — tez alışan mayelər; 4-cü sinif — tez alışan maddə və materiallar; 5-ci sinif — oksidləşən məmulatlar və üzvü peroksid; 6-cı sinif — zəhərləyici (toksik) maddələr; 7-ci sinif — radioaktiv və yoluxdurucu maddələr; 8-ci sinif — aşındırıcı və yeyici maddələr; 9-cu sinif — digər təhlükəli yüklər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı Neftçala RPŞ-nin DYPB-nin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 26 oktyabr 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərarında göstərilən pozuntulara da yol verilib. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərinin tənzimləyən 8-ci maddəsinə əsasən «8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir». Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 – 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şikayət qismən təmin olunsun. Neftçala Rayon Polis Şöbəsinin DYPB-nin vəzifəli şəxsinin X5 Azərbaycan Respublikası İXM-nin 329.3 və 348-ci maddələri ilə təqsirli bilinib 100 manat miqdarında cərimə edilməsinə dair 26 oktyabr 2023-ci il tarixli TP seriyalı ******* nömrəli qərarı İXM-nin 348-ci maddəsinə münasibətdə ləğv edilsin, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsi ilə hazırkı qərarın surəti müvafiq inzibati xəta haqqında işin əlavə araşdırılması üçün Neftçala Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Neftçala Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-470/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-470/2023
23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver