Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-477/2023 13.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X5, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1985-ci ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 13 noyabr 2023-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli 2(053)-63/2020 nömrəli icra vərəqəsinə əsasən 26 aprel 2009-cu il təvəllüdlü X1 və 23 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılaraq və sabit pul məbləğində tutulmaqla hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat məbləğində müəyyən edilmişdir. İnzibati xəta haqqında protokoldan və icra işindən görünür ki, icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borclu Şəxs qərar və bildiriş göndərilmişdir. Borclu Şəxs aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanılması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakı və gəliri müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq o, aliment borcunu tam ödəməmiş, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclunun 6.270 manat aliment borcu vardır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, tələbkara olan köhnə aliment borcunu 06 iyul 2021-ci ildə tam şəkildə ödəmiş və bundan sonra işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. Orada da işi düz gətirmədiyindən Azərbaycana qayıtmış və barəsində axtarış qərarı verildiyi üçün ölkə ərazisində saxlanılmışdır. Qeyd edir ki, tələbkara olan borcundan bir dəfə 400 manat miqdarında, sonuncu dəfə isə bu ilin noyabr ayının 8-də 200 manat məbləğində ödəniş etmişdir. Maddi imkanı olmadığından aliment borcu 6.270 manata qədər yüksəlmişdir. Borcunu ödəməkdən heç vaxt imtina etməmiş, boyun qaçırmamışdır. Aliment borcunu ödəyib başa çatdıracağına çalışacaqdır. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, borclu Şəxs məhkəmə qərarı ilə müəyyən edilmiş alimenti ödəmədyi üçün uşaqlarını saxlamaqda çətinlik çəkir. Demək olar ki, təkcə valideynlərinin maddi köməkliyi sayəsində uşaqlarını birtəhər saxlayır. Borclu Şəxs uşaqlarına qarşı olduqca laqeyd və məsuliyyətsiz olduğunu qeyd edərək onun barəsində qanunamüvafiq olaraq ciddi tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin borcun miqdarını da nəzərə alır və hesab edir ki, bu məbləğ Şəxs alimenti davamlı olaraq və üzrsüz səbəbdən ödəmədiyini təsdiq edir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 13 noyabr 2023-cü il tarixindən saat 17:55-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-477/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-477/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver