Məhkəmə qərarları › İş №3(053)-477/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-477/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-477/2025 31.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızının sədrliyi, X5 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Neftçala şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Neftçala rayonu Xolqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs OAK-suyığıcı kollektoruna eyni zamanda OAK-62-2 rol-un berma hissəsinin mühafizə zolağına müdaxilə edərək Su Məcəlləsinin 103-cü maddəsinin və Nazirlər Kabinetinin 24.03 2000-ci il tarixli 56 saylı qərarının tələblərinə riayət etməmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cu (su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməmiş) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X3 Xidməti 4 saylı Şirvan-Salyan Regional bölməsinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs OAK-suyığıcı kollektoruna eyni zamanda OAK-62-2 rol-un berma hissəsinin mühafizə zolağına müdaxilə edərək Su Məcəlləsinin 103-cü maddəsinin və Nazirlər Kabinetinin 24.03 2000-ci il tarixli 56 saylı qərarının tələblərinə riayət etməmişdir. Qeyd olunan ərazidə Şəxs pay torpaq sahəsi olmuşdur. Dediyinə görə həmin torpaq sahəsində digər sahələrin artıq suları-zığ suları onun sahəsinə axaraq, əkilən bitkilərin məhsuldarlığına ziyan verib, məhsuldarlığı aşağı saldığı üçün vəziyyətdən çıxış məqsədi ilə texniki vasitə ilə torpaq sahəsinin baş tərəfindən qırağınadək qazdırıb, 320 mm-lik boru vasitəsi ilə yaxınlıqdan keçən şor su kanalına boru bərkitdikdən sonra əl ilə şor kanala birləşdirmək məqsədi ilə qazılıb. Göstərilənlərə əsasən, X1 Ənvər Yavər oğlunun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edənbarəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Neftçala rayonu Xolqaraqaşlı kəndində yaşayır. Həmin kənddə torpaq sahəsi var, həmin torpaqda kənd təsərüffatı ilə məşğul olur. Həmin torpaq sahəsində məhsuldarlığa dəyən ziyanı azaltmaq məqsədi ilə torpağı qazdıraraq, 320 mmlik boru vasitəsilə orda olan suyu yaxınlıqda yerləşən şor su kanalına birləşdirib. Bunların hamsını öz vəsaiti hesabına etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 263.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçısının izahatı və məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında işin digər materialları ilə müəyyən olundu ki, Zeynalov X7 rayonu Xolqaraqaşlı kəndi ərazisində texniki vasitə ilə torpaq sahəsinin baş tərəfindən qırağınadək qazdırıb, 320 mm-lik boru vasitəsi ilə yaxınlıqdan keçən şor su kanalına boru bərkitdikdən sonra əl ilə şor kanala birləşdirmiş, bununlada OAK-62-2 rol-un berma hissəsinin mühafizə zolağına müdaxilə edərək müdaxilə edərək Su Məcəlləsinin və Nazirlər Kabinetinin 24.03 2000-ci il tarixli 56 saylı qərarının tələblərini pozmuşdur. Belə ki, Su Məcəlləsinin 8-ci maddəsinə əsasən dövlətlərarası sərhədi müəyyən edən, sərhədi kəsib keçən, yaxud üzərindən Azərbaycan Respublikasının dövlət sərhədi keçən yerüstü və yeraltı su obyektləri sərhəd su obyektlərinə aid edilir. Sərhəd su obyektlərindən istifadə və onların mühafizəsi qaydaları bu Məcəllə, dövlət sərhədi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və sazişləri ilə müəyyən edilir. Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 saylı qərarının 12-ci bəndinə əsasən magistral və təsərrüfatlararası kanallar və kollektorlar boyu su mühafizə zonalarının minimum eni onların su buraxma qabiliyyətindən asılı olaraq 3 kbm/san-yə qədər olduqda—5 m qəbul edilir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə araşdırması nəticəsində Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 263.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 264.0.3-cü maddəsi ilə təqsirli bilinərək ona, 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ləman Qasımzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar