Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-481/2023 16.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, tələbkar Zərərçəkmiş şəxs sədri X1 iştirakı ilə xx xxx 1975-ci ildə Neftçala rayonu, Xol Qarabucaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, Xol Qarabucaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 16 noyabr 2023-cü ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 2(053)-264/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan və qanunsuz zəbt etdiyi 20 kvadratmetr torpaq sahəsində qanunsuz inşa etdiyi ət dükanı öz hesabına sökməli və o, həmin torpaq sahəsindən məcburi çıxarılmalıdır. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 04 iyul 2023-cü ildə verilmiş 21 may 2021-ci il tarixli 2(053)-264/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 04 iyul 2023-cü ildə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildiriş tərtib edilərək borcluya göndərilmişdir. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcək. Borclu Şəxs 21 iyul 2023-cü il tarixdə izahat verərək məhkəmə qərarının icrasından boyun qaçırmadığını, qanunsuz tikilini bir ay müddətinə sökməklə icranı təmin edəcəyini öhdəsinə götürdüyünü, əks təqdirdə məcburi icra tədbirləri görüləcəyi barədə ona xəbərdarlıq edildiyini bildirmişdir. Buna baxmayaraq borclu icra sənədinin icrasını təmin etməmişdir. Müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə rəsmi qaydada məlumatlandırılmış borclu 01 sentyabr 2023-cü il tarixə təyin edilmiş məcburi icra tədbirində iştirak etməmiş və bu səbəbdən müvafiq akt tərtib edilərək icra tədbiri qeyri-müəyyən müddətə təxirə salınmışdır. Borclunun yerini müəyyən etmək mümkün olmadığından onun barəsində 02 oktyabr 2023cü il tarixdə axtarış qərarı qəbul edilmişdir. Növbəti məcburi icra tədbiri 15 noyabr 2023-cü il tarixə saat 15.00-a təyin edilmiş və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına 25 oktyabr 2023-cü il tarixli bildiriş göndərilmişdir. Borclu həmin tarixdə bildirişin əslinə imza etməklə bildirişi şəxsən qəbul etmişdir. Buna baxmayaraq 15 noyabr 2023-cü ildə borclunun yenə də qanunsuz tikilini tam sökməməklə icranı təmin etmədiyi aşkar edilmiş, borclu tərəfindən həmin tikilini tam sökə bilməyəcəyi, yalnız müəyyən müddətə sökəcəyi bildirilmişdir. Bu barədə həmin tarixdə tədbir iştirakçıları tərəfindən imza edilməklə müvafiq akt tərtib edilmişdir. Beləliklə, borclu icra sənədini icra etməkdən yayınmış, bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs sədri X3 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, məhkəmə qətnaməsinin qanuni qüvvəsini almasına və onun icraya yönəldiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq borclu icra sənədini icrasından qəsdən yayınır. Halbuki sözügedən sənədinin icra edilməsi üçün bir günlük vaxt kifayət edir. Göründüyü kimi, borclu icra sənədini üzrsüz səbəbdən icra etmir. Göstərilənləri nəzərə alaraq Şəxs qanunla nəzərdə tutulan tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından boyun qaçırmır. Sökülməsi tələb olunan tikilinin bir hissəsini sökərək icra sənədinin icrasını müəyyən qədər təmin etmişdir. İşləri ilə əlaqədar olaraq tiklini tam sökə bilməyib. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, tələbkarı və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, icra sənədinin verildiyi vaxtdan xeyli müddət keçdiyinə baxmayaraq, icrası mürəkkəb olmayan və uzun müddət tələb etməyən icra tədbirləri ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 16 noyabr 2023-cü il tarixindən saat 17.30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-481/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-481/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver