Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-486/2025 31.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə «Bərəkət Neftçala» X3 Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X1 daxil olmuş 07 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, «Bərəkət Neftçala» X8 (VÖEN:**********) 07 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyekt tərəfindən X9 barəsində tətbiq edilmiş inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar tədbirlər görməmişdir. İşin məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq göndərilmiş «Bərəkət Neftçala» X8 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X7 məhkəməyə nümayəndələrini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə «Bərəkət Neftçala» X3 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, «Bərəkət Neftçala» X3 Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Belə ki, iş materiallarında olan 17 iyun 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, «Bərəkət Neftçala» X3 direktoru X9 Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 1.000 manat cərimə edilmişdir. X12 Xidmətinin X7 tərəfindən «Bərəkət Neftçala» X5 ünvanlanmış 17 iyul 2025-ci il tarixli məktubdan görünür ki, 17 iyun 2025-ci il tarixli yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarın icrası ilə bağlı X6 əmək haqqından hər ay 50 faiz olmaqla 1.000 manat məbləğində inzibati cərimənin tutulmasının təmin edilməsi və tutulmanın həyata keçirilməyə başlanması təsdiqedici sənədlər əlavə edilməklə 3 gün ərzində Xidmətin X4 yazılı formada məlumat verilməsi xahiş olunmuşdur. X12 Xidmətinin X7 tərəfindən «Bərəkət Neftçala» X3 rəhbərliyinə ünvanlanmış 26 sentyabr 2025-ci il tarixli məktubdan görünür ki, cərimə məbləğinin ödənilməməsi səbəbindən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etmək məqsədi ilə 07 oktyabr 2025-ci il tarixdə saat 15:00-da “ZOOM” platformasında olan link üzərindən video konfransa dəvət olunmuşlar. İşin faktik hallarını və inzibati xətalar qanunvericiliyinin yuxarıda göstərilən müddəasının tələblərini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs «Bərəkət Neftçala» X8 Azərbaycan Respublikası İXM-nin 529.1- 1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən «Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 133-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «Bərəkət Neftçala» X8 Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-486/2025
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-486/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver