Məhkəmə qərarları › İş №3(053)-487/2023

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-487/2023

23.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-487/2023 23.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala Rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxxxx 1985-ci il tarixdə Neftçala rayonu, Xıllı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki uşaq atası, işləməyən, Neftçala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 23 noyabr 2023-cü il tarixdə tərtib olunmuş, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 27 iyul 2020-ci il tarixdə verilmiş, 18 iyun 2020-ci il tarixli, 2(053)-308/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs borclu qaldığı 5000 (beş min) manat pul, 1450 (min dörd yüz əlli) manat miqdarında ona dəymiş ziyan və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, cəmi 6480 (altı min dörd yüz səksən) manat pul alınıb tələbkar Zərərçəkmiş şəxs1 ödənilməli, 18 avqust 2021-ci ildə verilmiş, 09 iyul 2021-ci il tarixli, 2(053)-420/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməli, 18 avqust 2021-ci ildə verilmiş 08 iyul 2021-ci il tarixli 2(053)-468/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 10.000 (on min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs3 ödənilməli, 14 yanvar 2022-ci ildə verilmiş, 09 dekabr 2021-ci il tarixli, 2(053)-687/2021 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 4300 (dörd min üç yüz) manat məbləğində pul və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq tələbkar Zərərçəkmiş şəxs4 ödənilməli və 30 iyul 2021-ci ildə verilmiş, 30 iyul 2021-ci il tarixli, 2(053)-467/2021 nömrəli icra vərəqəsinə əsasən 16 sentyabr 2015-ci ildə doğulmuş X6 və 25 iyun 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmasından ötrü hər ay hər bir uşaq üçün 130 (yüz otuz) manat, ümumilikdə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X2 xeyrinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Neftçala Rayon Məhkəməsi tərəfindən 27 iyul 2020-ci ildə verilmiş, 18 iyun 2020-ci il tarixli, 2(053)-308/2020 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 06 avqust 2020-ci ildə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, həmin tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcəkdir. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. Maddi imkanı olduqca hissə-hissə ödəniş edəcəkdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərlərinə çatdırılmışdır. Bundan əlavə Neftçala Rayon Məhkəməsi tərəfindən 18 avqust 2021-ci il tarixdə verilmiş, 09 iyul 2021-ci il tarixli, 2(053)-420/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 23 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, 26 avqust 2021-ci il tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcək. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. Maddi imkanı olduqca hissə-hissə ödəniş edəcəkdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərlərinə çatdırılmışdır. Bundan əlavə Neftçala Rayon Məhkəməsi tərəfindən 18 avqust 2021-ci il tarixdə verilmiş, 08 iyul 2021-ci il tarixli, 2(053)-468/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 23 avqust 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, 26 avqust 2021-ci il tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcəkdir. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. Maddi imkanı olduqca hissə-hissə ödəniş edəcəkdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərlərinə çatdırılmışdır. Bundan əlavə, Neftçala Rayon Məhkəməsi tərəfindən 14 yanvar 2022-ci il tarixdə verilmiş, 09 dekabr 2021-ci il tarixli, 2(053)-687/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 14 yanvar 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, 14 yanvar 2022-ci il tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcəkdir. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. Maddi imkanı olduqca hissə-hissə ödəniş edəcəkdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərlərinə çatdırılmışdır. Bundan əlavə Neftçala Rayon Məhkəməsi tərəfindən 30 iyul 2021-ci il tarixdə verilmiş, 30 iyul 2021-ci il tarixli, 2(053)-467/2021 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 06 sentyabr 2021-ci il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, həmin tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qətnaməsinin icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcək. Borclu izahat verərək bildirmişdir ki, borcunu ödəməkdən imtina etmir. Maddi imkanı olduqca hissə-hissə ödəniş edəcəkdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərlərinə çatdırılmışdır. Borclu icra sənədlərini könüllü olaraq icra etmədiyinə görə ona yazılı formada xəbərdarlıqlar tərtib edilmiş və rəsmi poçt ünvanına göndərilmişdir. Borclu icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 26 iyul 2022-ci il tarixli qərarına əsasən Şəxs 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. 24 noyabr 2022-ci il tarixdə borclunun axtarışı barədə qərar qəbul olunmuş və icra olunması üçün Neftçala rayon polis şöbəsinə göndərilmişdir. Bundan əlavə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 22 fevral 2023-cü il tarixli qərarına əsasən Şəxs 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin qətnamələrin icrasından yenə də yayınmışdır. Bundan sonrakı dövrdə də borclu qətnamənin icrasından yayınmışdır. Hazırda Şəxs Zərərçəkmiş şəxs1 Əvəzalı oğluna 4650 (dörd min altı yüz əlli) manat, Məhərrəmova (Abbasova) Nərmin Fətulla qızına isə 6750 (altı min yeddi yüz əlli) manat borcu qalmış, digər tələbkarlara isə bu müddət ərzində dəfəflərlə xəbərdarlıqlar olunmasına baxmayaraq heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin müvafiq qətnamələri ilə borclu olduğu məbləğləri ödəməkdən imtina etmir. Düşdüyü çətin vəziyyətlə bağlı borclarını ödəyə bilmir. Dolanışığını güclə təmin edir. Rəsmi iş yeri də yoxdur. Bildirir ki, Zərərçəkmiş şəxs1 Əvəzalı oğluna borclu olduğu məbləğdən hazıradək 1830 (min səkkiz yüz otuz) manat ödəniş etmiş, hazırda 4650 (dörd min altı yüz əlli) manat borcu qalmışdır. Digər tələbkar şəxslərə isə heç bir ödəniş edə bilməmişdir. Hazırda Məhərrəmova (Abbasova) Nərmin Fətulla qızına 6750 (altı min yeddi yüz əlli) manat aliment borcu vardır. İmkanı olduqca borclarını hissə-hissə ödəyəcəkdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə ona müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və düşdüyü çətin vəziyyətlə izah etmişdir. Neftçala Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş xətanı inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyətə cəlb olunmuşdur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, yazılı izahatlarında olduğu kimi, yenə də bildirmişdir ki, borclarını ödəməkdən imtina etmir, maddi durumu ağır olduğundan borc məbləğlərini hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117128– 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 17 (on yeddi) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli 23 noyabr 2023-cü il tarixindən, saat 16:30-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar