Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-489/2025 27.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 oktyabr 2025-ci il tarixli EQ seriyalı 31086762 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin vəzifəli şəxsinin 04 oktyabr 2025-ci il tarixli EQ seriyalı 31086762 nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. X2 həmin qərardan şikayət vermiş, lakin sonradan onun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. X1 27 noyabr 2025-ci il tarixli ərizəsini nəzərə alaraq hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən QƏRARA ALDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin vəzifəli şəxsinin inzibati tənbeh vermə haqqında 04 oktyabr 2025-ci il tarixli EQ seriyalı 31086762 nömrəli qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-489/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-489/2025
27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver