Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-491/2023 05.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 iştirakı ilə, xx xxxxx 1970-ci il tarixdə Neftçala rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 05 dekabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 03 dekabr 2023-cü il tarixində saat 18 və 20 radələrində, həmçinin 04 dekabr 2023-cü il tarixdə saat 19 radələrində alkoqol sərxoşluğu vəziyyətində birgə yaşadıqları evin həyətində arvadı Zərərçəkmiş şəxs2 və oğlu Zərərçəkmiş şəxs1 ucadan söyüşlər söyüb təhqir etmiş, bu da qonşuların narahatçılığına səbəb olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Neftçala şəhərində oğlu Məmməd və arvadı İlhamə ilə birlikdə yaşayır. Hər gün spirtli içki qəbul edir. Oğlu Məmmədlə aralarında tez-tez mübahisə olmuşdur. Arvadı İlhamə oğlunun tərəfini saxladığına görə, o da əsəbləşərək oğlunu və arvadı İlhaməni söymüşdür. 03 dekabr 2023-cü il tarixdə saat 18 radələrində spirtli içki qəbul edib, oğlu Məmmədi evdə görəndə əsəbləşmiş, onunla bir evdə yaşamaq istəmədiyini bildirərək evdən qovmaq istəmışdır. Oğlu Məmməd evdən çıxmadığına görə DİN-nin 102 xidmətinə övladı ilə münaqişə olması barədə məlumat verərək, Neftçala RPŞ-nə ərizə ilə müraciət etmiş, oğlunun evdən çıxarılmasını xahiş etmişdir. Oğlu Məmməddən imtina etdiyini bildirmişdir. Hadisə vaxtı o, arvadı Zərərçəkmiş şəxs2 nəvəsinə dediyi qurbanlıq heyvan almaq üçün pul istəmiş, arvadı pul vermədiyinə görə aralarında mübahisə yaranmışdır. Arvadını eyni zamanda oğlu Məmməd mübahisələrinə müdaxilə etdiyinə görə, Məmmədi nalayiq söyüşlərlə söymüşdür. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs2 verdiyi izahatında hər gün əri tərəfindən döyüldüyünü bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, əri içki aludəçisidir. Bu səbəbdən hər gün içkili olub onu döyür. Sonuncu dəfə də bu səbəbdən aralarında mübahisə yaranmış, əri içkili vəziyyətdə ondan pul tələb etmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs1 izahatında bildirir ki, atası Şəxs içki aludəçisidir. Həmin gün də içki qəbul etmişdir. Anasından pul istəmiş bu səbəbdən aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı anasını təhqir edən atasını sakitləşdirməyə çalışmış, lakin atası onu da söyərək təhqir etmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı özünün və zərərçəkmiş şəxslərin izahatları ilə yanaşı iş materialları ilə də tam təsdiq olunur. Belə ki, Şəxs ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydaları sistemini pozmağa yönələn hərəkətlər etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərəçəkmiş şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz əməlini etiraf etməsi və peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Onun inzibati xətanı sərxoş vəziyyətdə törətməsi iş üzrə məsuliyyətini ağırlaşdıran hal kimi quymətləndirilir. Şəxs əməlinin xarakterini, onun şəxsiyyətini, habelə inzibati tənbehin Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində təsbit olunmuş məqsədlərini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə təyin olunmaqla inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün deyil. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs növündə tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 04 dekabr 2023-cü il saat 20:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-491/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-491/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver