Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-492/2023 06.12.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxx 1983-cü il tarixdə Neftçala rayonu, Qırmızıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, İİİ-qrup əlil olan, himayəsində iki azyaşlı uşağı və İ qrup əlil atası olan, işləməyən, Neftçala rayonu, Qırmızıkənd kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 tərtib etdiyi 06 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən 10 oktyabr 2018-ci il tarixdə verilmiş, 10 oktyabr 2018-ci il tarixli, 2(053)-2364/2018 nömrəli icra vərəqəsinə əsasən 04 sentyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2012-ci ildə anadan olmuş X3 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 80 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməli, cavabdeh Şəxs 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Neftçala rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 məhkəməyə bildirdiklərindən və iş materiallarından həmçinin görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən 10 oktyabr 2018-ci il tarixdə verilmiş, 10 oktyabr 2018-ci il tarixli, 2(053)- 2364/2018 nömrəli icra vərəqəsi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olaraq, 27 avqust 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar verilmiş və eyni tarixdə tələbin könüllü icrasına dair bildirişlər tərtib edilərək, həmin tarixdə borcluya şəxsən təqdim olunmuşdur. Eyni zamanda borcluya hüquqları və vəzifələri barədə ətraflı məlumat verilməklə, qüvvədə olan məhkəmə qərarının icrasının zəruri olduğu izah edilmiş, o cümlədən bildirilmişdir ki, qətnamənin icrasını könüllü təmin etməyəcəyi təqdirdə, onun məcburi icrası istiqamətində tədbirlər görüləcəkdir. Borclu izahat verərək bildirmişdir ki, halhazırda işləmir. Maddi çətinlikləri vardır. Borcunu ödəməkdən imtina etmir. Aylıq alimenti maddi imkanı olduqca hissə-hissə ödəniş edəcəkdir. Ona qanunun tələbləri bir daha izah edilərək qətnamənin icrasının zəruri olduğu nəzərinə çatdırılmışdır. Borclu icra sənədini könüllü olaraq icra etmədiyinə görə ona yazılı formada xəbərdarlıqlar tərtib edilmiş və rəsmi poçt ünvanına göndərilmişdir. Borclu icra sənədini icra etməkdən yenə də yayınmış, bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 22 fevral 2021-ci il tarixli qərarına əsasən Şəxs 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin qərarların icrasından yenə də yayınmışdır. 23 noyabr 2023-cü il tarixdə borclunun axtarışı barədə qərar qəbul olunmuş və icra olunması üçün Neftçala rayon polis şöbəsinə göndərilmişdir. Bundan sonrakı dövrdə də borclu qətnamənin icrasından yayınmışdır. Hazırda Şəxs Zərərçəkmiş şəxs 5.534 (beş min beş yüz otuz dörd) manat borcu qalmış, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcundan ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırkı iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala Rayon Məhkəməsinin müvafiq qərarı ilə borclu olduğu məbləği ödəməkdən imtina etmir. Bildirir ki, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hal-hazırda heç bir yerdə işləmədiyindən və maddi çətinliklərinə görə borcundan ödəniş edə bilməmişdir, lakin hər ay aldığı pensiyadan 105 manat aliment üçün tutulur. İkinci dəfə alilə qurmuş, həmin nikahdan himayəsində iki azyaşlı uşağı və İ qrup əlil olan atası vardır. Köhnədən olan borcu həbsdə olan müddətdə yaranıb. Qalan borcunu ödəməkdə çətinlik çəkir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə ona müvafiq köməklik göstərilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müvafiq borc məbləğlərini ödəmədiyini kifayət qədər maddi imkana malik olmaması və düşdüyü çətin vəziyyətlə izah etmişdir. Tələbkar Zərərçəkmiş şəxs işin məhkəmə baxışı iclasına gəlməmiş, lakin Neftçala rayon İcra və probasiya şöbəsinə ünvanladığı 01 dekabr 2023-cü il tarixli ərizəsində Şəxs hazırda borclu olduğu məbləği ona ödəməkdən boyun qaçırdığını və onun inzibati məsuliyyətə cəlb olunmasını, işə isə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. İş üzrə yekun qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, hazırkı iş üzrə məhkəmə baxışı dövründə də borcluya qanunun tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasının məcburi olduğu ətraflı izah edilmiş, lakin o, yazılı izahatlarında olduğu kimi, yenə də bildirmişdir ki, borclarını ödəməkdən imtina etmir, maddi durumu ağır olduğundan borc məbləğlərini hissə-hissə ödəyəcəkdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən hallardan Şəxs İİİ qup əlil olması, himayəsində iki azyaşlı uşağının, İ qrup əlil atasının onun himayəsində olması və əməlindən peşman olmasıdır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-492/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-492/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver