Məhkəmə qərarları › İş №3(053)-493/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-493/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-493/2025 22.10.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7 iştirakı ilə xx xxxxxx 1980-ci ildə Neftçala rayonu, 2-ci Qaralı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Neftçala rayonu, 2-ci Qaralı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X7 22 oktyabr 2025ci ildə tərtib etdiyi MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun məzmunundan, habelə inzibati xəta haqqında iş üzrə toplanmış digər materiallardan görünür ki, Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 26 fevral 2014-cü il tarixli 2(057)- 226/2014 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 04 iyun 2005-ci il təvəllüdlü X3 və 18 dekabr 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün 27 yanvar 2014-cü il tarixindən başlayaraq hər ay hər bir uşağa görə 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs2 ödənilməlidir. Həmçinin Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli 2(057)-1132/2025 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs 04 mart 2025-ci il tarixdən başlayaraq 20 iyun 2014-cü il təvəllüdlü X1 üçün sonrakı artımlar da nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs1 ödənilməlidir. İcra sənədlərindəki həmin tələbi borclu Şəxs üzrsüz səbəbdən icra etməyib. İnzibati xəta haqqında protokoldan və icra işindən həmçinin görünür ki, hər iki icra sənədi Neftçala rayon İcra və probasiya şöbəsinə daxil olmuş, icraata başlanaraq borcluya müvafiq olaraq qərarlar və bildirişlər təqdim edilmişdir. Borclunun aliment borcu yarandığından onun əmlak vəziyyəti və gəlirinin yoxlanması üçün aidiyyəti orqanlara sorğu ilə müraciət edilmiş, lakin tələbin yönələ biləcəyi əmlakını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq edildiyinə, həmçinin Neftçala Rayon Məhkəməsinin 8(053)-15/2016 nömrəli iş üzrə 23 fevral 2016-cı il tarixli və 8(053)-47/2025 nömrəli iş üzrə 05 sentyabr 2025-ci il tarixli qərardadları ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıldığına, həmçinin icra sənədi ilə bağlı üç dəfə inzibati məsuliyyətə cəlb edildiyinə baxmayaraq o, aliment borclarını tam ödəməmiş, icra məmurunun çağırışlarına gəlməmiş, bu səbəbdən barəsində axtarış elan olunmuş, məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Hazırda borclunun ümumilikdə 3.260 manat aliment borcu var. Neftçala rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X8 işə məhkəmədə baxılması zamanı inzibati xəta haqqında protokolda göstərilənlərə uyğun məzmunlu izahat vermişdir. Hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Göstərilənlərə əsasən ona qanunla nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs işə məhkəmədə baxılması zamanı aliment məbləğini məhkəmə aktında müəyyən edilən vaxtaşırılıqla və məbləğlərlə ödəmədiyini maddi imkansızlığı ilə izah etmişdir. Göstərilən halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Rzayeva X5 Rayon Məhkəməsinə ünvanladığı ərizəsində səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini, borclunun hal-hazırda ona 2.000 manat aliment borcunun olduğunu bildirib, işə onun iştirakı olmadan baxılaraq borclu barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs1 Neftçala Rayon Məhkəməsinə ünvanladığı ərizəsində səhhəti ilə bağlı məhkəmə prosesində iştirak edə bilmədiyini bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyib, inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və icra işini nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcuddur. Belə ki, o, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləğini üzrsüz səbəbdən ödəməmişdir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən borcun miqdarını da nəzərə alır. Qeyd olunur ki, Şəxs hal-hazırda icra sənədləri üzrə Zərərçəkmiş şəxs2 2.000 manat, Zərərçəkmiş şəxs1 isə 1.260 manat aliment borcu var. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. Həbsdə saxlanılması müddətinin əvvəli 22 oktyabr 2025-ci il saat 16.00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar