Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-496/2022 01.12.2022 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi X29 Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X16 vəkili X10, X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X7 iştirakı ilə X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X30 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə X30 Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinib 3.500 manat miqdarında cərimə edilmişdir. Həmin qərar X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi tərəfindən 09 avqust 2022-ci ildə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında verilib. İnzibati xəta haqqında protokolda qeyd olunur ki, X3 rayonu, Şirvanlı kəndində yerləşən “Yelkən” kafesində əmək müqaviləsi bağlamadan 6 nəfəri işə cəlb etmiş, bununla Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, yəni əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X16 vəkili X21 bildirmişdir ki, Neftçala rayonu, Şirvanlı kəndində yerləşən “Yelkən” kafesini X16 tanışı işlədir. Nicat Məmmədov ora tez-tez gedib-gəldiyinə görə oranın işçilərinin əksəriyyəti onu tanıyır. 09 avqust 2022-ci il tarixdə dostunun işlətdiyi Neftçala rayonu Şirvanlı kəndində yerləşən “Yelkən” kafesinə gəldiyi zaman, ora DƏMX-nin əməkdaşları gəlmiş, həmin vaxt kafenin sahibi və oranı istifadə edən şəxslər orada olmamışdır. Bu zaman DƏMX-nin əməkdaşları Nicat Məmmədova yaxınlaşaraq barəsində protokol tərtib edəcəklərini bildirmişlər. Soruşanda ki, nə ilə əlaqədar protokol tərtib ediləcək, bildirmişlər ki, guya Nicat Məmmədov əmək müqaviləsi olmadan işçilər işlədir. Buna dair X30 etiraz bildirməsinə və onun “Yelkən” kafesinə heç bir aidiyyatı olmadığını deməsinə baxmayaraq DƏMX-nin əməkdaşları 09 avqust 2022-ci il tarixdə Nicat Məmmədovun barəsində protokol tərtib etmişlər. Təxminən sentyabr ayının 25-də ona Neftçala rayon icra və probasiya şöbəsindən məlumat vermişlər ki, barəsində 3.500 manat cərimə olunması ilə bağlı DƏMX-nin inzibati qərarı var. Bununla bağlı o, Neftçala rayon icra və probasiya şöbəsinə getmiş, həmin tarixdə barəsində qəbul edilmiş qərarın və protokolun surətini oradan götürmüşdür. Lakin DƏMX-dən ona rəsmi qaydada nə qərar nə də protokol gəlməmişdir. Nicat Məmmədov barəsində tərtib edilmiş MN seriyalı ******* nömrəli protokola diqqət yetirilsə məlum olur ki, DƏMX-nin əməkdaşları onu Neftçala rayonu, Şirvanlı kəndində yerləşən “Yelkən” kafesini işlədən sahibkar kimi göstərmişlər. Halbuki, onun həmin kafeyə heç bir aidiyyatı yoxdur. O, 01 iyul 2022-ci il tarixdən Lənkəran şəhərində yerləşən "xxxx" MMC-də menecer vəzifəsində çalışır. DƏMX-nin MN seriyalı ******* nömrəli protokolda göstərdiyi ona məxsus ********** saylı VÖEN isə tamamilə başqa fəaliyyət növü ilə bağlıdır və həmin VÖEN üzrə də o, uzun müddətdir ki, fəaliyyətini dayandırmışdır. Bundan başqa Neftçala rayonu, Şirvanlı kəndində yerləşən “Yelkən” kafesi Neftçala Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 41 saylı sərəncamı ilə "xxxx" MMC-yə (VÖEN) **********) və fiziki şəxs X4 (VÖEN **********) həvalə edilmiş, onların istifadəsinə verilmiş və həmin ərazidə yerləşən obyektlər də həmin şəxslərin istifadəsindədir. Belə olan halda X16 Neftçala rayonu, Şirvanlı kəndində yerləşən “Yelkən” kafesinə heç bir aidiyyatı olmadığı halda onun barəsində qərar qəbul edilərək onu 3.500 manat cərimə etmişlər. Göstərilənlərə əsasən X16 şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Salyan Regional ərazi şöbəsinin nümayəndəsi X11 işin məhkəmə baxışı zamanı bildirmişdir ki, Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş 27 iyul 2022-ci il tarixli 176- 10716-1222 nömrəli məktuba əsasən Neftçala şəhər sakini X30 fəaliyyət göstərdiyi Neftçala rayonu Şirvanlı kəndində yerləşən "Yelkən" ictimai iaşə obyektində əmək qanunvericiliyinin tələblərini pozaraq Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan və hüquqi qüvvəyə minmədən X22, X23, Quluzadə Tural Babaş oğlu, X8, X33 və X12 işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb etmişdir. Fiziki şəxs (vəzifəli şəxs) Nicat Məmmədov yuxarıda adları göstərilən şəxsləri yazılı Əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb etməklə, "əmək müqaviləsinin tərəflərinin işçi və işəgötürən olması" barədə çıxış edən Əmək Məcəlləsinin 42-ci maddəsinin, əmək müqaviləsinin yazılı formada bağlanmasını və nüsxələrdən birinin işçiyə verilməli olduğunu tələb edən 44-cü maddəsinin 1-ci və 3-cü hissələrinin tələblərini pozmuşdur. Yol verdiyi qanun pozuntusuna görə fiziki şəxs (vəzifəli şəxs) Nicat Məmmədov təqsirli bilinmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında 09 avqust 2022-ci il tarixli protokol tərtib olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və həmin protokol əsasında 22 avqust 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə o, 3.500 manat cərimə olunmuşdur. X30 faktiki olaraq işə götürənin səlahiyyətlərini həyata keçirərək “Yelkən” kafesinin administratoru kimi özünü təqdim etsə də, elektron informasiya sistemi vasitəsi ilə müəyyən edilmişdir ki, həmin vaxtı sözügedən kafenin administratoru vəzifəsində işləməsi barədə əmək müqaviləsi mövcud olmamışdır. O, faktik olaraq inzibati xətanı törədən subyektdir. Çünki, Nicat Məmmədov administrator kimi yox, işə götürən şəxs qismində hərəktlər etmişdir. O, işə qəbul etmək, iş rejimi müəyyən etmək və.s. hərəkətləri icra etmişdir. O, işçilərə günəmuzd 10 manat məbləğində pul vermiş, hansı ki, administratorun qanunvericiliklə belə bir səlahiyyəti yoxdur. Onun işə götürən kimi təqdim etdiyi "xxxx" MMC uydurma şəxsdir. Bütün bu amillər X16 inzibati məsuliyyətə cəlb olunmasına əsas verir. Nümayəndə göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsin vəkilini və DƏMXnin nümayəndəsini dinləyib iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, şikayət qismən təmin olunmalıdır. Azərbaycan Respublikası İXM-nin təqsirsizlik prezumpsiyası məsələlərini tənzimləyən 8-ci maddəsinə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. İnzibati xətalar qanunvericiliyinin yuxarıda istinad olunan müddəalarından görünür ki, şəxsin əməlində inzibati xətanın mövcud olması halının sübuta yetirilməsi vəzifəsi aidiyyəti inzibati orqanın üzərinə düşür. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olmasına dair şübhələr isə onun xeyrinə həll olunmalıdırlar. Təqdim olunmuş materialdan görünür ki, Neftçala Rayon Polis Şöbəsində barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs X16, habelə X17, X33, X22, X8, Quluzadə Tural Babaş oğlu və X23 adlı şəxslərin izahatları alınmışdır (X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsi müvafiq inzibati xəta haqqında iş üzrə araşdırmanı Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş material və məlumat əsasında aparıb). Materialdan eyni zamanda görünür ki, X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş materialla kifayətlənmiş, yuxarıda göstərilən şəxslərin əlavə izahatlarını almadan, həmin izahatlarda sual yaradan məsələləri araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. X16 iş materiallarına əlavə edilmiş yazılı izahatından görünür ki, o, “Yelkən” kafesinə administrator vəzifəsinə 2022-ci ilin iyul ayının əvvəllərində X34 adlı şəxs tərəfindən dəvət olunmuş, universiteti bitirmədiyi üçün onunla əmək müqaviləsi bağlanmamış, əmək haqqını ayda 400 manat olmaqla razılaşmışlar. 17 iyul 2022-ci ildə kafeyə polis əməkdaşları gələrək ondan həmin kafeyə aid sənədləri tələb etmiş, o, sənədlərin müdiri Rüstəm Tağıyevdə olduğunu bildirmiş, lakin Rüstəm Tağıyev aidiyyəti sənədləri bir az gec gətirdiyindən onları polis əməkdaşlarına təqdim edə bilməmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X30 öz yazılı izahatında kafeyə rəhbərlik edən şəxsin adını, həmçinin özünün həmin kafedə əmək müqaviləsi bağlamadan ayda 400 manat miqdarında əməkhaqqı müqabilində administrator vəzifəsində işlədiyini bildirmişdir. Neftçala Rayon Polis Şöbəsində yazılı izahatı alınmış X18 bildirmişdir ki, onu “Yelkən” kafesinə gözətçi vəzifəsinə Rüstəm adlı şəxs (X16 izahatından da görünür ki, kafeyə Rüstəm Tağıyev adlı şəxs rəhbərlik edib) dəvət etmiş, Nicat Məmmədov isə onun şəxsiyyət vəsiqəsinin fotosunu çəkərək “harasa” göndərmişdir. X1 razılığına əsasən Nicat Məmmədovdan hər gün 10 manat olmaqla əməkhaqqı alıb. Neftçala Rayon Polis Şöbəsində yazılı izahatı alınmış X33 bildirmişdir ki, onu “Yelkən” kafesinə aşpaz vəzifəsinə orada administrator və kassir kimi işləyən Nicat Məmmədov dəvət etmiş, sonuncu onun şəxsiyyət vəsiqəsinin fotosunu çəkərək “harasa” göndərmişdir. Neftçala Rayon Polis Şöbəsində yazılı izahatı alınmış X22, X8, Quluzadə Tural Babaş oğlu və X23 bildirmişlər ki, onları “Yelkən” kafesinə müvafiq olaraq qabyuyan və ofisiant vəzifələrinə Namik Bayramov dəvət etmiş, orada administrator və kassir kimi işləyən Nicat Məmmədov isə onların şəxsiyyət vəsiqələrinin fotosunu çəkərək “harasa” göndərmişdir. İzahatlarda həmin şəxslərin əvvəlcədən razılaşdıqları pul məbləğini hər gün Nicat Məmmədovdan aldıqları qeyd olunur. Beləliklə, X30 və X17 işə Rüstəm Tağıyev adlı şəxs tərəfindən dəvət olunduqlarını bildirirlər. X33 bildirir ki, işə X30 tərəfindən dəvət olunub. X22, X8, Quluzadə Tural Babaş oğlu və X23 isə işə Namik Bayramov tərəfindən dəvət olunduqlarını bildirmişlər. X9, X24, X13, X5, Quluzadə Tural Babaş oğlunun və X14 izahatlarından həmçinin görünür ki, Nicat Məmmədov onların şəxsiyyət vəsiqələrinin fotoşəkillərini çəkib “harasa” göndərmiş, və həmin şəxslərə gördükləri iş müqabilində gündəlik pul vermişdir. Məhkəmə həmin izahatların məzmununu nəzərdən keçirərək aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, X30 və X2 Rüstəm Əhəd oğlu tərəfindən işə dəvət olunduqlarını bildirdiklərinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə araşdırma zamanı həmin şəxs müəyyən edilməmiş, onun izahatı alınmamış, törədilmiş inzibati xətaya aidiyyəti araşdırılmamışdır (məhkəmə vurğulayır ki, X6 Rüstəm Əhəd oğlunun onun müdiri olduğunu bildirib). Bununla yanaşı X22, X8, Quluzadə Tural Babaş oğlu və X23 işə X17 tərəfindən dəvət olunduqlarını bildirdiklərinə baxmayaraq, sonuncunun həmin xüsusatla bağlı izahatı alınmamış, onun konkret olaraq kimin tapşırığı əsasında işə adam dəvət etdiyi araşdırılmamışdır. İnzibati orqanın başlıca dəlili yuxarıda göstərilən şəxslərin günəmuzd əməkhaqqını Nicat Məmmədovdan almaları ilə bağlıdır. Məhkəmə həmin dəlilə münasibət bildirərək qeyd edir ki, Nicat Məmmədovun həmin şəxslərə müvafiq məbləğləri kiminsə (məsələn, Rüstəm Tağıyevin) tapşırığı ilə gündəlik dövriyyədən verməsi də mümkündür. Yəni ola bilər ki, faktik işəgötürən qismində Nicat Məmmədov deyil, başqa şəxs (məsələn, Rüstəm Tağıyev) çıxış etmiş, Nicat Məmmədov isə sadəcə sonuncunun tapşırığının icrası ilə əlaqədar onlara pul vermişdir. Beləliklə, Nicat Məmmədovun işə adam dəvət etməsinin və sonunculara günəmuzd pul verməsinin onun öz təşəbbüsü və ya kiminsə tapşırığı əsasında baş verməsi halı araşdırılmayıb. Bununla yanaşı, izahatları alınmış bütün şəxslər bildirirlər ki, Nicat Məmmədov onların şəxsiyyət vəsiqələrinin fotolarını çəkərək “harasa” göndərmişdir. Hesab edirəm ki, bu xüsusat da məhkəməyədək icraat zamanı araşdırılmalı idi. Belə ki, Nicat Məmmədovun həmin fotoşəkilləri faktik işəgötürənə göndərməsi ehtimalı da istisna deyil. Yuxarıda göstərilən, habelə sual və əsaslı şübhə doğuran sair məsələlər inzibati xəta haqqında iş üzrə icraat dövründə araşdırılmamış, qeyd olunduğu kimi, X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi yalnız polis orqanının aldığı izahatlar və topladığı sənədlərlə kifayətlənərək X16 məsuliyyətə cəlb olunmasına dair qərar qəbul etmişdir. Bu səbəbdən X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsi tərəfindən toplanmış sübutlar mötəbər sayıla bilməzlər. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən «hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması» inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə şikayətə baxan hakim «bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında» qərar qəbul edir. İşin faktik hallarını və qanunvericiliyin yuxarıda göstərilən müddəalarını nəzərə alaraq hesab edirəm ki, X16 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.500 manat miqdarında cərimə olunması ilə bağlı X32 Xidmətinin Şirvan- Salyan regional şöbəsinin vəzifəli şəxsinin 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilməli və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün X32 Xidmətinin Salyan regional ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şikayət qismən təmin olunsun. X16 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3.500 manat miqdarında cərimə olunması ilə bağlı X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin vəzifəli şəxsinin 22 avqust 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarı ləğv edilsin və hazırkı qərar inzibati xəta haqqında həmin işə yenidən baxılması üçün X32 Xidmətinin Şirvan-Salyan regional şöbəsinə göndərilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov
Məhkəmə qərarları › İş №3(053)-496/2022
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-496/2022
01.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver