Məhkəmə qərarları › İş №3(053)-497/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-497/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-497/2025 25.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1973-cü ildə Qazaxıstan Respublikasının Çimkənd vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Neftçala rayonu, Mirqurbanlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi tərəfindən təqdim olunmuş 28 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən, o cümlədən Neftçala Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısının «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 10 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs 29 sentyabr 2025-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz» markalı, 99NL447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ön və arxa hissələrini qəsdən cızaraq ona məxsus olan əmlaka ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək bildirmişdir ki, ailəsi ilə birlikdə Neftçala şəhərində yaşayır. Aydın adlı şəxsi əvvəlcədən tanıyır və onunla heç bir ədavəti və qərəzli münasibəti yoxdur. 29 sentyabr 2025-ci il tarixdə Neftçala Rayon Mərkəzi Xəstəxanasının qarşısında əvvəlcədən tanıdığı və taksi fəaliyyəti ilə məşğul olan Sakit adlı şəxslə dayanmışdır. O, həmin gün orada Sakitlə söhbət edərək maşınların ətrafında gəzişirmişlər. Ətrafında fırlandığı maşınlardan birinin əvvəllər tanıdığı Aydın adlı şəxsə aid olduğunu bilmişdir. Həmin maşının arxa tərəfindən keçən zaman orada yer dar olduğu üçün əlini Aydına məxsus olan «Mercedes Benz» markalı markalı nəqliyyat vasitəsinin baqaj hissəsinə vurmuşdur. Nəqliyyat vasitəsinin yan tərəfinə ayağını uzatmaqda isə məqsədi nəqliyyat vasitəsinə təpik vurmaq olmamışdır. O, orada idman məqsədilə bunu etmişdir. Törətdiyi inzibati xətaya görə peşmandır. Qeyd edir ki, zərərçəkmiş şəxslə barışıb. Ona qarşı dəymiş ziyan isə tərəfindən tam olaraq ödənilib. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İşin məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Hal-hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. 29 sentyabr 2025-ci il tarixdə ona məxsus «Mercedes Benz» markalı, 99NL447 dövlət qeydiyyat nişanlı avtomobilini saat 07:30 radələrində Neftçala Rayon Mərkəzi Xəstəxanası ilə üzbəüz yerləşən iaşə obyektinin qarşısında saxlamış, maşından uzaqlaşaraq kənarda olan tanışı ilə söhbət etməyə getmişdir. Təxminən yarım saat sonra avtomobilinə yaxınlaşdıqda avtomobilinin arxa və ön hissəsində cızıq izləri görmüşdür. Həmin izlər əvvəlcədən olmamış və o, bunun kimsə tərəfindən qəsdən edildiyini başa düşmüşdür. Yaxınlıqda yerləşən iaşə obyektinin kamera görüntülərinə baxan zaman avtomobilin ətrafında saat 06:40 radələrində 2 nəfər şəxsin olduğunu və onlardan birinin maşını cızdığını görmüşdür. Həmin şəxsə diqqətlə baxdıqda onun əvvəlcədən tanıdığı Əmrah adlı şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Ona qarşı dəymiş zərər Şəxs tərəfindən tam olaraq ödənilib. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törətməsi faktı onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. İş materiallarıan əlavə edilmiş kompakt diskdəki audio-videoyazıda Şəxs Zərərçəkmiş şəxs məxsus «Mercedes Benz» markalı, 99NL447 dövlət qeydiyyat nişanlı avtomobilin ətrafında gəzərkən əlindəki əşya ilə avtomobili cızdığı görünür. Beləliklə, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin məhkəmə baxışı zamanı verilmiş ifadələrlə, həmçinin zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələri ilə Şəxs Zərərçəkmiş şəxs ilə barışdığı və ona vurduğu ziyanı tamamilə ödədiyi müəyyən olunur. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar