Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-50/2023 11.02.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən, Neftçala Rayon Məhkəməsinin hakimi Quliyev Samir İdris oğlu Qəmbərov Əli Qəmbər oğlunun katibliyi ilə, xx xxxxxx 1991-ci ildə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala rayonu, Aşağı Surra kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, 10 fevral 2023-cü il tarixdə inzibati qaydada tutulmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Neftçala rayon polis şöbəsi tərəfindən təqdim olunmuş 10 fevral 2023-cü il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 10 fevral 2023-ci il tarixdə, saat 19:30 radələrində Neftçala rayonu, Aşağı Surra kəndində yaşayış evlərinin yaxınlığında ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər edərək uca səslə ünvansız nalayiq söyüşlər söymüş, bununla əlaqədar ona yaxınlaşmış və ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının onu polis bölməsinə məsələnin araşdırılması üçün dəvət etmələri ilə bağlı qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, 10 fevral 2023-ci il tarixdə, saat 19:30 radələrində yaşadığı Neftçala rayonu, Aşağı Surra kəndində yaşayış evlərinin yaxınlığında uca səslə ünvansız söyüş söyməyə başlamışdır. Bu zaman ona yaxınlaşıb özlərini Neftçala rayon polis şöbəsinin əməkdaşları kimi təqdim edən bir neçə nəfər ona sakit olmağı bildirmişlər. Lakin həmin vaxt əsəbi olduğundan polis əməkdaşlarına məhəl qoymamış və hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları onu şöbəyə dəvət edəndə bundan imtina etmiş, müqavimət göstərmişdir. Əməlindən peşimandır. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 10 fevral 2023-cü il tarixdə, saat 19:30 radələrində Neftçala rayonu, Aşağı Surra kəndində xidmətdə olduğu vaxtda bir nəfər cavan oğlan (Şəxs) uca səslə nalayiq söyüşlər söyməyə başlamışdır. Polis əməkdaşları onu sakitləşdirməyə çalışanda sonuncu daha da əsəbiləşib hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları onu şöbəyə dəvət edəndə həmin şəxs buna əhəmiyyət verməmiş və qarşı çıxmışdır. Buna baxmayaraq polis əməkdaşları barəsində inzibati xəta haqqında iş aparılan şəxsi xidməti maşınla polis şöbəsinə aparmışlar. İşə məhkəmədə baxılması zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 məhkəməyə bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi halı sübuta yetirilmiş sayılmalıdır. Ona görə də o, həmin maddələrlə təqsirli bilinərək, məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən «Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır». İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar aşkar edilməyib. Azərbaycan Respublikası 34.3-cü maddəsinə əsasən «Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər». Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta həmin Məcəllənin 510-cu maddəsində nəzədə tutulmuş xətaya nisbətən daha ciddidir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin Məcəllənin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115,117, 128–130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 10 fevral 2023-ci il, saat 20:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №3(053)-50/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-50/2023
11.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver