Azərbaycan Respublikası adından QƏRARDAD Neftçala rayonu İş № 3(053)-500/2025 06.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Qasımzadə Ləman Fəxrəddin qızı Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Qaradağ Rayon Polis İdarəsinin (RPİ) X3 Şöbəsi (DYPŞ) tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol və ona əlavə olunmuş materialı işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası DİN Qaradağ RPİnin DYPŞ tərəfindən tərtib xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün xx.xx.2025-ci il tarixdə Neftçala Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, qeyd olunan protokol üzrə inzibati xəta haqqında işə baxılmış, Neftçala Rayon Məhkəməsinin 3(053)496/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Qaradağ RPİ-nin DYPŞ tərəfindən tərtib xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə icraata İXMnin 38.1-ci maddəsinə əsasən xitam verilmişdir. Göründüyü ki, Azərbaycan Respublikası DİN Qaradağ RPİ-nin DYPŞ tərəfindən tərtib xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı inzibati xəta haqqında işə baxılaraq qiymət verilmiş, ona görə həmin işlə bağlı yenidən məhkəməyə müraciət edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Qaradağ RPİ-nin DYPŞ tərəfindən tərtib xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə icraata Neftçala Rayon Məhkəməsinin 3(053)496/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 38.1-ci maddəsinə əsasən xitam verildiyindən qeyd olunan protokol Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X1ytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Qaradağ RPİ-nin DYPŞ tərəfindən tərtib xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokol üzrə icraata Neftçala Rayon Məhkəməsinin 3(053)496/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-nin 38.1-ci maddəsinə əsasən xitam verildiyindən qeyd olunan protokol Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X1ytarılsın. Hakim Ləman Qasımzadə
Məhkəmə qərarları › İş №3(053)-500/2025
Neftçala Rayon Məhkəməsi Qərardad — İş №3(053)-500/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver