Məhkəmə qərarları › İş №3(053)-511/2025

Neftçala Rayon Məhkəməsi Qərar — İş №3(053)-511/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 3(053)-511/2025 07.11.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Mən – Neftçala Rayon Məhkəməsinin hakimi Qədimov Ceyhun Tofiq oğlu Mazanov Kamran Ramazan oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Neftçala Rayon Polis Şöbəsi Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materialı Neftçala Rayon Məhkəməsinə təqdim etmişdir. Materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 26 fevral 2025-ci ildə EQ seriyalı 26304154 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərar qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində onu qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi səbəbindən 01 noyabr 2025-ci ildə barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verildiyinə baxmayaraq, onlar gəlməmiş (nümayəndə göndərməmiş) və gəlməmələrinin səbəbləri ilə bağlı məlumat verməmişlər. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində «Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə» inzibati məsuliyyət nəzərdə tutur. Maddənin dispozisiyasından da göründüyü kimi, cərimə növündə inzibati tənbehin tətbiqi ilə bağlı qərarın qanuni qüvvəyə mindiyi gündən başlayaraq 03 (üç) aylıq müddətin bitdiyi günün ertəsi gün şəxsin əməlində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranır və bu gün göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi gün sayılır. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən «İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər». Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta «İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalara» aid olmaqla (İXM-nin XXXİX fəsili) həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan (o cümlədən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları) inzibati xətalara aid deyil. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan 04 (dörd) aylıq müddət tətbiq olunmalıdır. İşin faktik hallarından görünür ki, EQ seriyalı 26304154 nömrəli inzibati tənbeh vermə haqqında qərar 26 fevral 2025-ci ildə qəbul edilmiş və Azərbaycan Respublikası İXM-nin 138-ci maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə minmişdir. EQ seriyalı 26304154 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edildiyi və qüvvəyə mindiyi tarixləri, eyni qərarın icra edilməli olduğu 03 aylıq müddəti, habelə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun 01 noyabr 2025-ci ildə tərtib olunduğunu, inzibati xəta haqqında materialın isə 06 noyabr 2025-ci ildə Neftçala Rayon Məhkəməsinə daxil olduğunu nəzərə aldıqda görünür ki, hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçib. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasən «bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda» inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinməli, barəsində həmin maddə ilə başlanmış icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində həmin maddə ilə başlanmış icraata Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddət keçdiyinə görə xitam verilsin. Qərardan 10 gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar